2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

Məşğulluq mərkəzinin direktoru hakim önündə

Mingəçevir Şəhər Məşğulluq Mərkəzinin direktoru barəsində cinayət işi məhkəməyə göndərilib.

Bu barədə bu gün, dekabrın 13-də Baş Prokurorluq məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatda bildirilir ki, direktor Elçin Abdullayev və digərlərinin əməlləri ilə əlaqədar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Açıqlamaya görə, E.Abdullayev və başqaları işsiz kimi qeydiyyata alınmış şəxslər üçün dövlət büdcəsindən ayrılmış vəsaitin bir hissəsini israf etməkdə günahlandırılırlar. Vurğulanır ki, E.Abdullayev Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 (mənimsəmə və ya israf etmə- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən- xeyli miqdarda ziyan vurmaqla öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

İttihamlara E.Abdullayev və onunla saxlanan şəxslərdən, onların vəkillərindən münasibət almaq mümkün olmayıb.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button