2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Məşhur aktyor: ‘… Atam özünü öldürdü’

“Arrow” və “Teen Wolf”un ulduzu 28 yaşlı aktyor Colton Haynes “Out” jurnalına müsahibəsində həyati etiraf edib.

Musavat.com xarici mətbuat istinadən xəbər verir ki, jurnalın sentyabr buraxılışına verdiyi açıqlamada aktyor bildirib ki, homoseksual olduğunu ailəsinə ilk dəfə deyəndən sonra atası intihar edib:

“14 yaşım vardı. Homoseksual olduğumu ailəmə və sinif yoldaşlarıma söyləməyə qərar verdim.

Saytların yığılması Saytlarin yigilmasi

Ancaq atam bu gerçəyi öyrənincə 40 ədəd həb içərək özünü öldürdü. Atama görə uzun müddət özümü günahlandırdım və belə bir şeyi necə söylədiyimi düşündüm” .
Atası ilə heç bir zaman çox yaxın olmadığını, ancaq bu hadisəyə görə uzun müddət depressiya yaşadığını ifadə edən ulduz günahkarlıq hissindən xilas ola bilmədiyini deyib: “17 yaşım olanda aktyor olmaq üçün Los-Ancelesə gəldim. Müvəffəqiyyət qazanmaq üçün də homoseksual olduğumu hər kəsdən gizlətdim”.

Qeyd edək ki, Aktyor homoseksual olduğunu ilk dəfə ötən il may ayında “Entertainment Weekly’” jurnalına açıqlayıb və bildirib ki, artıq gizlətməyə ehtiyac görmür.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button