2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Məşhur alimin xatirəsinə

Bakı/08.12.21 Azərbaycanın tanınmış tarixçi alimi, etnoloq, Bakı Dövlət Universitetinin professoru Aydın Balayev vəfat edib.

O, 1956-cı il noyabrın 19-da Bakıda anadan olub, Bakı Dövlət Universitetinin tarix fakülətsini bitirib. Daha sonra Lomonosov adına Moskva Dövlət Universitetində təhsil alıb.

Əmək fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda başlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Aydın Balayev Azərbaycan tarixinin XIX-XX əsrlər dövrünə aid bir sıra əsərlərin müəllifidir. Onlar arasında “1917-1918-ci illərdə Azərbaycanda İstiqlal Hərəkatı”, “XIX-XX əsrlərdə etnolinqivistik proseslər”, “Fevral inqilabı və Milli nailiyyətlər”, “Məmməd Əmin Rəsulzadə (1884-1955)”, “Azərbaycan Türkləri: Milli Şüur prosesləri” və s. əsərləri qeyd etmək olar. 

Balayev sovet tarixşünaslığı tərəfindən saxtalaşdırılmış Azərbaycan Xalq Cümhuriyyəti (1918-20-ci illər) tarixini obyektiv araşdıran ilk tarixçilərdən biri olub.

Balayevin vətən tarixinin onillər boyu xalqdan gizlədilən şanlı səhifələrinə saldığı işıq Azərbaycan xalqının milli özünüdərkinin oyanmasına və 1980-ci illərin sonları – 1990-cı illərin əvvəllərində Azərbaycanın müstəqilliyi uğrunda hərəkatın başlamasına mühüm töhfə verib.

Turan Agentliyinin kollektivi Aydın Balayevin vəfatından dərin hüzn hissi keçirir və mərhumun ailəsinə başsağlığı verir. -05D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button