2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Məşhur analitik: 'iPhone 14 avtofokus dəstəkli təkmilləşdirilmiş ön kamera ilə təchiz olunacaq'

    Məşhur analitik Ming-Chi Kuo-nun proqnozlarına əsasən bu il təqdim ediləcək iPhone 14 avtofokus və daha geniş diafraqma dəstəkli təkmilləşdirilmiş ön kameranı əldə edəcək. Apple şirkətinin fikslənmiş avtofokuslu müasir iPhone modellərindən fərqli olaraq iPhone 14-də olacaq yeni ön kamera istifadəçinin hətta kameradan çox uzaq və ya yaxın məsafədə olması halında da keyfiyyətli fotoların çəkilməsi imkanını verəcək. iPhone 13-ün ön kamerasındakı f/2.2 diafraqmadan fərqli olaraq iPhone 14-ün ön kamerasında olacaq f/1.9 diafraqma kamera matrisasına daha çox işığın düşməsinə imkan verəcək. Bu isə öz növbəsində gecələr və bulanıq fonda daha keyfiyyətli fotoların əldə edilməsini mümkün edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

    Qeyd etmək lazımdır ki, son yayılmış məlumatlara əsasən iPhone 14 Pro modellərinin ekranları üzərlərində ənənəvi çıxıntı hissə olmayacaq. Bunun yerinə şirkət Pro modellərin ekranları üzərlərində 2 ədəd kiçik çıxıntı yerləşdirəcək. Onlardan biri dairəvi formada, digəri isə oval formada olacaq. Dairəvi formada olacaq çıxıntı hissə özündə ön kameranı, oval formada olacaq çıxıntı hissə isə Face ID sistemini birləşdirəcək. Beləliklə burdan belə qənaətə gəlmək olar ki, kiçik ölçülü çıxıntı hissənin reallaşdırılacağı halda Apple daha kiçik ön kameradan istifadə etməli olacaq.

    Buna misal olaraq Galaxy S22 smartfonlarını gətirmək olar. Belə ki, Galaxy S22 modellərinin ekranları üzərlərində kiçik ölçülü dairəvi çıxıntının olmasına baxmayaraq onların ön kameraları avtofokus dəstəyinə sahibdirlər. Bununla belə Samsung-un flaqman smartfonlarının ön kameralarında avtofokus dəstəyinin artıq illərlə mövcud olduğu bir vaxtda hətta Google OnePlus şirkətlərinin yeni flaqman modellərində sözügedən özəllik mövcud deyil. Ming-Chi Kuo-nun sözlərinə əsasən yenilənmiş ön kamera hər bir iPhone 14 modelində reallaşdırılacaq. Bu isə o deməkdir ki, təkmilləşdirilmiş ön kameranı təkcə iPhone 14 Pro modelləri əldə etməyəcəklər. 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button