2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Məşhur analitik: 'iPhone 14 smartfonlarından yalnız bəziləri yeni A16 Bionic prosessorunu əldə edəcəklər'

    Məşhur analitik Ming-Chi Kuo bu il təqdim ediləcək iPhone 14 smartfon seriyası barəsində yeni məlumatlar verib. Analitikin verdiyi məlumata əsasən Apple bu il bütün iPhone modellərində yeni prosessordan istifadə adətindən imtina edəcək. Nəticədə bəzi iPhone 14 modelləri keçən ilki prosessor ilə təchiz olunacaqlar. Analitikin sözlərinə əsasən bu il A16 Bionic prosessorunu yanız 6.1 düym ekranlı iPhone 14 Pro 6.7 düym ekranlı iPhone 14 Pro Max modelləri əldə edəcəklər. Adi iPhone 14 və iPhone 14 Max isə öz növbələrində keçən ilki A15 Bionic prosessoru ilə təchiz olunacaqlar. Qeyd etmək lazımdır ki, keçən ilki iPhone 13 seriyası və bir neçə müddət bundan öncə təqdim edilmiş iPhone SE (2022) modeli də A15 Bionic prosessoruna sahibdir.

Saytların yığılması Saytlarin yigilmasi

    Bundan əlavə olaraq analitik bildirib ki, təqdim ediləcək bütün iPhone 14 modelləri 6 GB RAM-a sahib olacaqlar. Bununla belə iPhone 14 və iPhone 14 Max LPDDR4X standartlı RAM yaddaşı, iPhone 14 Pro və iPhone 14 Pro Max isə LPDDR5 standartlı RAM yaddaşı ilə təchiz olunacaqlar. Qeyd etmək lazımdır ki, LPDDR5 standartlı RAM yaddaşı LPDDR4X standartlı RAM yaddaşından 1.5 dəfə daha sürətlidir. Gözləntilərə əsasən texniki səviyyədə olacaq bu cür fərqlər standart və daha premium cihazlar arasındakı sərhədi təyin etməyə imkan verəcəklər. Analitik iPhone 14 modellərinin sahib olacaqları digər texniki özəlliklər barəsində məlumat verməyib. iPhone 14 smartfon seriyasının bu ilin sentyabr ayında təqdim ediləcəyi gözlənilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button