2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Şou

Məşhur hind aktyoru vəfat etdi – FOTO

Məşhur hind aktyoru və siyasətçisi Vinod Kxanna vəfat edib.
Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, 70 yaşlı aktyor uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, aktyoru Hindistana və keçmiş SSRİ-yə tanıdan “Amar, Akbar, Antony” filmindəki rolu olub. Həmin filmdə onun tərəf müqabilləri Amitab Baççan və Rişi Kapur oynayıblar. Bundan başqa aktyor “Səni axtarıram” (1971), “Uşaq oğurluğu” (1977), “Qanın iki rəngi” (1979), “Əbədi dostlar” və digər filmlərdə oynayıb.
1980-ci ildə siyasi karyera qurmaq üçün aktyorluqdan ayrılıb. Buna baxmayaraq 2015-ci ildə “Aşiqlər” filminə dəvəti qəbul edib.
Qeyd edək ki, aktyorun oğlu Akşay Kxanna hazırda Bollivudun nüfuzlu aktyorlarındandır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button