2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Məşhur iş adamı Loğman Zülfüqarlı məhkəməyə cəlb olunub

“Baku Steel Company” MMC Yasamal Rayon İcra və Probasiya Şöbəsini məhkəməyə verib. Məşhur iş adamı Loğman Zülfüqarlı da prosesə cəlb olunub.

“24 saat” xəbər verir ki, iş hazırda apellyasiya mərhələsindədir. Məhkəmə çəkişməsinin səbəbi inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdr. İşə Elmira Nağıyevanın sədrliyi ilə baxılır. İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs də var. Həmin şəxs məşhur iş adamı Loğman Zülfüqarlıdır. Onun hansı səbəbdən məhkəmə icraatına cəlb olunduğu bəlli deyil. Loğman Zülfüqarlı ilə “Baku Steel Company” MMC arasında münasibətlər gərgin olub. Onun mülkiyyətində zavodlar məhz “Baku Steel Company” MMC-nin metallurgiya sahəsində monopolist siyasətinin nəticəsində əldən çıxıb.

Məlumat üçün onu da deyək ki, “Baku Steel Company” MMC-nin direktoru olmuş Rasim Məmmədov hazırda həbsdədir. O, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin oğlu Timur Mehdiyevin və kürəkəni İlham Əliyevin şikayəti əsasında həbs olunub. Rasim Məmmədova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button