Bizim tərcümə

Məşhur iş adamının təyyarəsi qəzaya uğradı! 2 cəsəd tapılıb, 4 nəfər axtarılır

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-10-24 08:00:10

Aralarında McFIt fitnes şəbəkələrinin yaradıcısı, məşhur alman iş adamı Rainer Schaller və ailəsinin də olduğu kiçik təyyarə Meksikadan Kosta-Rikaya uçarkən qəzaya uğrayıb. Beş alman sərnişini daşıyan şəxsi təyyarənin Kosta-Rika sahillərində qəzaya uğramasından sonra axtarış qrupları iki cəsəd tapıb.

İsveçrəli pilotun istifadə etdiyi təyyarədə ümumilikdə 6 nəfərin olduğu qeyd edilib. Təhlükəsizlik Nazirliyinin təqdim etdiyi videoda Limon hava limanından təxminən 28 kilometr aralıda təyyarənin gövdəsinin hissələri, oturacaqları və bir neçə baqaj parçası var. Əşyalara bir neçə kürək çantaları və səyahət çantaları daxildir. Açıqlamada təyyarənin Limon hava limanından təxminən 25 mil uzaqlıqda, 600 metr yüksəklikdə radarlardan itdiyi bildirilib.

Saytların yığılması Saytlarin yigilmasi

ŞƏXSİYYƏT AÇIQLANMIR

McFit operatoru RSG-Group GmbH-nin sözçüsü Jeanine Minaty verdiyi açıqlamada Rainer Schaller, onun həyat yoldaşı Christiane Schikorsky və uşaqlarının təyyarədə olduğunu təsdiqləyib. “Hazırda bildiyimiz hər şey budur” dedi Minaty. Almaniya Xarici İşlər Nazirliyi təyyarədəki sərnişinlərin kimliyi ilə bağlı heç bir məlumat verməyib. Sözçü, Kosta Rikadakı diplomatik missiyanın insidentlə bağlı paytaxt San Xosedəki səlahiyyətlilərlə əlaqə saxladığını söylədi.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button