2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Məşhur “işgəncə kralı” həbs oluna bilər…

Azərbaycan həbsxanalarında işgəncələr və qeyri-insani rəftar halları  dünyanın nüfuzlu qurumlarının illik hesabatlarından da çıxmır.

Ölkəmizdə cəza-icra siyasəti ilə bağlı müəyyən addımlar atılsa da praktikada işgəncələr ciddi problem olmaqda davam edir. Azərbaycan həbsxanalarındakı məhkumlar arasında “işgəncə kralı” kimi tanınan Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsinin sabiq rəisi Əli Əmirov barəsində prokurorluqda araşdırma aparıldığı barədə məlumat daxil olub. Məlumatda qeyd olunur ki, bu yaxınlara qədər 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi olan Əli Əmirovun işdən kənarlaşdırılmasına əsas səbəb də işgəncələrə dair şikayətlərin çoxluğu olub. Sabiq rəis barəsində isə araşdırmanın bir neçə ay öncə həmin müəssisədə işgəncə nəticəsində ölən məhkumlardan biri ilə bağlı olduğu deyilir. Xəbərə görə, müəssisədəki işgəncə faktları xarici təşkilatların hesabatlarına daxil olub. Bu səbəbdən də yenidən araşdırma başlanıb.
Əli Əmirov həbs olunma ehtimalından danışıb. Sabiq rəis bildirib ki, hazırda belə bir araşdırma yoxdur, özü isə sərəncamdadır. (Gununsesi.info)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button