2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Məşhur milyarderlərin avtomobilləri – FOTOLAR

24saat.org aznews.az-a istinadla dünyanın ən məşhur 5 milyarderinin avtomobilini təqdim edir:

1. Karlos Slim
 
Maddi vəziyyəti: 49,7 milyard dollar
2. Bill Qeyts
 
Maddi vəziyyəti: 84,5 milyard dollar
“Microsoft” şirkətinin yaradıcısı “Porsche 959 Coupe” avtomobilini idarə edir. Bu avtomobilin 230 modeli yaradılıb. Onlardan hər birinin dəyəri 200 000 dollardır.
3. Mark Zukerberg
 
Maddi vəziyyəti: 54,6 milyard dollar
“Facebook” sosial şəbəkəsinin yaradıcısı və Baş direktoru 2014-cü ildə köhnə “Honda Accord” markalı avtomobili satıb və mexaniki sürət qutusu ilə idarə olunan yeni “Volkswagen GTI” markalı avtomobili alıb. Avtomobilin dəyəri 30000 dollardır.
4. İngvar Kamprad
 
Maddi vəziyyəti: 39,3 milyard dollar
“Buniness insider”in məlumatına əsasən, əgər “İkea” yaradıcısının “Volvo 240” markalı avtomobili satılsa, o təxminən 1500 dollar dəyərində ola bilər.
5. Larri Ellison
 
Maddi vəziyyəti: 50,3 milyard dollar
“Oracle” proqram təminatının yaradıcısı “F1 McLaren” avtomobilinin sahibidir. Bu avtomobilin istehsalı 1998-ci ildə dayandırılıb. Ümumilikdə, 106 belə avtomobil istehsal olunub. 100 km/saat sürətini cəmi 3,2 saniyəyə yığa bilən avtomobilin hazırkı dəyəri 4,1 milyon dollardır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button