2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSosial

“Mətanət-A” şirkəti İraq və Suriya kürdlərini gətirib işlədir – Sensasion təfərrüat

“Mətanət-A şirkətinin prezidenti Elxan Bəşirov qarın yeməyə görə yüzlərlə çinlini, Suriyadan, İraqdan gətirilmə kürdləri istismar edir.

24saat.org-un məlumatına görə, bu barədə şirkət haqda mətbuatda yayılmış irihəcmli mətndə qeyd olunub.

E.Bəşirovun Suriya və İraqdan kürdləri Azərbaycana gətirdiyi və fəhlə kimi işlətdiyi xəbər verilir. Onların müxtəlif müəsssisələrdə günəmuzd işlədiyi, yemək və sığınacaqla təmin olunduğu, bir növ getapo kampında girov saxlandığı bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Şirkətin istismarçı siyasətinə isə heç bir etiraz yoxdur. Həmin iraqlı və suriyalılar terrordan canını qurtarıb günəmuzd işləməyə də sevinirlər.

Bununla da, Azərbaycana Suriya və İraqdan qaçqın axını olduğu haqda xəbərlər təsdiqlənir.

Bir müddət əvvəl politoloq Ərəstun ölkəyə ərəb dövlətlərindən qaçqınların gəldiyi və müxtəlif regionlarda məskunlaşdığı haqda informasiyalar yaymışdış.

Məlum olur ki, İŞİD zülmündən baş götürüb qaçmış suriyalılar Avropa ölkələrində sığınacaq tapa bilmədiyi üçün Cənubi Qafqaza axın edir.

Regionun ən sabit və təhlükəsiz, ən əsası müsəlman ölkəsi olan Azərbaycan ərəb qaçqınlarının sığınacaq yerinə çevrilir. Artıq hökumət rəsmiləri də bunu bildirirlər.

24saat.org xatırladır ki, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə işşöbəsinin müdiri Fuad Ələsgərov bu barədə sensasion çıxış edib.

Onun sözlərinə görə, Yaxın Şərqdə yaşanan miqrasiya problemləri Azərbaycana da təsir edir:“Azərbaycana saxta sənədlərlə getdikcə daha çox miqrant daxil olmağa çalışır.

Yüz minlərlə suriyalı qaçqın Avropa ölkələrində sığınacaq axtarmaq məcburiyyətində qalıb. Ancaq bu ölkələrdə onlara, o cümlədən qadınlara və uşaqlara qarşı sərt və qəddar siyasət nümayiş etdirilir” .

PA rəsmisinin açıqlamasından aydın olur ki, Qərb ölkələrində şiddət görən suriyalılar Azərbaycana üz tutur. Bu da 1 milyon qaçqın və məcburi köçkünü olan ölkəmizə ciddi miqrant problemi yaradır.

Qeyd olunur ki, onlar gizli şəkildə Azərbaycana daxil olurlar. Bir çox hallarda saxta sənədlər hazırlanır. Bunu da F.Ələsgərov qeyd edib.

Ə.Oruclu isə demişdi: “Türkiyə Hava Yolları İstanbul-Bakı reysi ilə uçan təyyarələrlə ölkəyə müntəzəm olaraq suriyalı qaçqınlar gətirilir. Prosedur təxminən belədir:

İstanbul hava limanında Türkiyə dövlət qurumlarının nümayəndələri qaçqınları siyahı üzrə çağıraraq təyyarənin salonuna ötürürlər (hər təyyarəyə təxminən 50-60 nəfər), amma bu sərnişinlərin Bakıda kimlər tərəfindən qarşılandığı və haraya yerləşdirildiyi barədə məlumat yoxdur”.

Mətbuatda gedən yazılara görə, Elxan Bəşirovun həyat yoldaşı Pərvanə Səidi iranlıdır. Pərvanə Səidinin İrandan bir erməni qohumu olan Martivosyan Bəşirovla şərik işləyir. Qarşı tərəfi dinləməyə hazırıq.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button