2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Mətbuat Şurası Əli Həsənovun ad gününə Qurultay hədiyyə etdi

Prezidentin köməkçisi savaşdan qalib çıxdığı barədə mesaj verir

Bu gün Azərbaycan jurnalsitlərinin VII Qurultayı keçirilir. Mətbuat Şurasının təşkil etdiyi tədbir Rəşid Behbudov adına Mahnı Teatrında keçirilir.

Bu gün martın 10-u Azərbaycan Prezientinin köməkçisi Əli Həsənovun ad günüdür. Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdirinin bu gün 58 yaşı tamam olur. Az24.org-a daxil olan məlumata görə, Mətbuat Şurasının Qurultayının məhz bu tarixdə – Əli Həsənovun doğum günündə keçirilməsi təsadüfi deyil.

Bir müddət əvvəl mediada Əli Həsənovun “vurulması” müşahidə olunurdu. Xüsusilə, Turan infrmasiya agentliyinin rəhbəri Mehman Əliyevin müsahibəsində Əli Həsənov haqqında kifayətə qədər ciddi ittihamlar səslənmişdi. Həmçinin, qısa bir müddət ərzində bir sıra medai orqanalrında Əli Həsənov haqqında illər ərzində yazılmayan qədər tənqidi məqalələr dərc edildi. Media cameəsində bütün bunlar Əli Həsənovun “vurulmasına hazırlıq” kimi qiymətləndirilirdi. Bildirilirdi ki, hakimiyyət daxilindəki qrupun önəmli simalarından biri media nəzarət funksiyasını Əli Həsənovun əlindən almağa çalışır və onun mediada “vurulması”nın səbəbi də budur. Həta iş o yerə çatmışdı ki, “Azərbaycanda media siyasəti iflasa uğrayıb” tezisi altında Əli Həsənovun bostanına böyük-böyük daşalar da atılırdı.

Saytların yığılması Saytlarin yigilmasi

Təbii ki, Əli Həsənov da boş dayanmır və əlində olan media resurslarından istifadə etməklər qarşı tərəfə “cavab atəşi” açmaqla yanaşı, müxəlif tədbirlərdə “Azərbaycanda media siyasəti iflasa uğrayıb” deyənlərə mesajlar verirdi.
Tərəflər arasında gedən informasiya “müharibəsi” artıq səngimiş kimi görünür. Ortaya çıxan isə odur ki, hələlik bu müharibədən Əli Həsənov qalib çıxıb.

Jurnalistlərin qurultayının məhz 10 marta – Əli Həsənovun doğum gününə salınması da cəmiyyətə “media siyasəti hələ də məndən sorulur” mesajını verməkdir.

Az24.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button