2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Mətbuat Şurası azad olmayan mediadan formalaşıb”

Ələsgər Məmmədli: “Odur ki, bu qurumun fəaliyyətindən böyük nəticə gözləmək mümkün deyil”

Çağdaş Azərbaycan mediasında çoxlu sayda problemlərin mövcud olduğu inkaredilməzdir. Maraqlıdır, ölkə mediasının mövcud durumuna görə Mətbuat Şurası az və ya çox dərəcədə məsuliyyət daşıyırmı?

Saytların yığılması Saytlarin yigilmasi

 
24saat.org-a açıqlama verən hüquqşünas Ələsgər Məmmədli məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Mətbuat Şurası özünütənzimləmə qurumudur. Bu qurum cəmiyyətlə jurnalistlər arasında körpü rolunu oynayır. Məqsəd odur ki, əgər cəmiyyətdə kimsə jurnalistin fəaliyyəti ilə bağlı hansısa problemlə üzləşirsə, o zaman Mətbuat Şurasının köməyi ilə problem öz həllini tapsın, məsələyə qiymət verilsin.
Bu gün üçün Mətbuat Şurası Azərbaycan jurnalistikasının görüntüsü səviyyəsindədir. Əgər media tam azad deyilsə, təbii ki, Mətbuat Şurasının da azad qərar vermək imkanı olmayacaq. Mətbuat Şurası azad olmayan mediadan formalaşır. Əgər azad olmayan media orqanın təmsilçiləri azad olmayan Mətbuat Şurasını formalaşdırırsa, bu qurumun fəaliyyətindən böyük bir nəticə gözləməyimiz mümkün deyil”.

 

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button