2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Mətbuat Şurasının başından böyük QƏRƏZİ

Mətbuatda yayılan xəbərlərə görə, bu gün milli mətbuatın qəniminə çevrilmiş “Mətbuat Şurası”nda bir neçə sayt barədə müzakirələr aparılmış və bəzi saytlara xəbərdarlıqlar edilmişdir.

Əfsusluqla qeyd etməliyik ki, hər zaman məmurların maraqlarına xidmət edən sözügedən QHT başından böyük qərəz nümayiş etdirərək 24saat.org saytının adını da xəbərdarlıqlar olunan saytlar siyahısına salmışdır.

Buna səbəb isə, saytımızda dərc olunan “Şahmar İbadov Nərimanov rayonunu FETÖ yuvasına çevirib” başlıqlı yazı olub. Məlumat üçün bildirək ki, həmin yazı 24saat.org saytının yazısı olmayıb, mətbuatda dərc olunan yazılar və heç bir mənbədə təkzibi olmayan materiallar əsasında hazırlanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Yazı saytımızda dərc olunduqdan sonra mövzuda adı çəkilən Nərimanov rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Şahmar İbadov saytımıza zəng vuraraq iradını bildirmiş və bizə “dostluq” təklifi etməkdən özünü saxlaya bilməmişdir.

Təbii ki, hər kəsə olduğu kimi Şahmar İbadova da bu təklifinə görə “yox” cavabı verib, bildirmişik ki, məsələ ilə bağlı mövqeyini yollayarsa, heç bir əlavə tələb olmadan həmin yazını da dərc etməyə hazırıq. Lakin Ş. İbadov yazılı mövqeyini bizə yollamaqdan imtina edərək bildirib ki, mən yazının saytdan silinməsini istəyirəm.

Bundan sonra redaksiya nömrəmizə tanınmış jurnalistlərdən biri zəng vuraraq bu yazı ilə bağlı fikirlərini bölüşüb. Eyni qaydada “qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq” cavabımızdan sonra bu məsələ bir müddətlik qapanıb.

Daha sonra adı FETO olaylarında hallanan Şahmar İbadov 24saat.org saytından “Mətbuat Şurası”na müraciət edib -baxayaraq ki, saytımızda hər kəsin oxuya biləcəyi yerdə “24saat.org saytı Mətbuat Şurasının üzvü deyil və olmayacaq. Saytla qarşı tərəf arasında mübahisə yaranarsa, bu mübahisənin birbaşa sayt və ya məhkəmə strukturları ilə həlli məsləhət görülür!” qeydi yerləşdirilib.

Şahmar İbadov bunu oxuya bilməyərək bizi “Mətbuat Şurası” adlı qondarma quruma şikayət etdikdən sonra bu qurumun elektron poçtundan saytımızın elektron poçtuna gələn məktuba da, “şikayətçiyə məhkəməyə müraciət etməyi tövsiyyə edin” cavabını vermişik.

Bütün bu xəbərdarlıqlarımıza baxmayaraq, üzvü olmadığımız QHT bu gün başından böyük qərəz nümayiş etdirərək saytımızın adını hansısa xəbərdarlıq siyahısına salmağa cürət edib. Bunun bütün prinsiplərə zidd olduğunu vurğulamaqla birlikdə qeyd edirik ki, 24saat.org saytı bundan sonra da hər hansı bir qrumun təsiri və təzyiqi ilə REKET fəaliyyətə boyun əyməyəcək, heç bir məmur və onun əlatılarının rüşvət tələbini yerinə yetirməyəcək!

Mətbuat Şurasının rəhbərliyinə isə xatlrlatmağı borc bilirik ki, biz Bodrumda villa tikdirərək ad batırmırıq. Yerimizi və çəkimizi bildiyimizdəndir ki, bu günə qədər heç bir təklifə boyun əyməyərək saytımızdan yazı silməmişik və SİLMƏYƏCƏYİK!
Mövzunu davam etdirəcəyik!
Hörmətlə, 24saat.org saytının Baş redaktoru VÜQAR QURDQANLI

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button