2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“APA-nın yox edilməsi, hər halda, sadəcə Ermənistanın işinə yarayacaq”.

Azər Həsrət narahatdır: “APA-ya bir şey olarsa bu qədər jurnalisti işlə təmin edəcək halımız varmı?”

“APA kimi peşəkar bir media qurumunun yox edilməsi, hər halda, sadəcə Ermənistanın işinə yarayacaq”.
24saat.org xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının xarici əlaqələr komissiyasının sədri Azər Həsrət APA-nın bağlanmasına münasibət bildirərkən deyib. O, APA-yla bağlı ciddi narahat olduğunu vurğulayıb:


“Məni daha çox oradakı 200-dən artıq həmkarımın iş yeri məsələsi narahat edir. APA-ya bir şey olarsa bu qədər jurnalisti işlə təmin edəcək halımız varmı? Təbii ki, yoxdur. Ona görə də arzu edirəm ki, APA bir an öncə işini bərpa etsin. Yanlış olub, anlayırıq. Özləri də anlayıb və dərhal da düzəldiblər. APA Azərbaycanın informasiya müharibəsində həmişə ön xətdə olub və olmasına da gərək var. O baxımdan bu gündən qurumun öz işini bərpa etməsini arzu edirəm”.

Qeyd edək ki, APA holdinqə daxil saytlar dünəndən etibarən fəaliyyətini dayandırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Ölkə başçısı İlham Əliyevin çıxışının təhrif edilmiş formada yayılması “APA Holding”in bağlanması ilə nəticələnib.

Sözügedən xəbərin yayılmasının ardınca APA holdinq “APA yanlışlığa görə üzr istəyir”(apa.az/daxili_siyaset/apa-nin-aciqlamasi-5508).html) başlığı ilə məlumat yaysa da, agentliyin bu üzrü qəbul edilməyib.

Məsələ ilə bağlı APA holdinq rəhbəriyi heç bir açıqlama verməyib.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button