2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Mətbuat şurasının üzvü saxta sənədlər satdığına görə həbs edilib

Binəqədi qəsəbə bələdiyyəsinin sədri Niyaz Niftiyev həbs olunub. Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq məlumat yayıb.

N.Niftiyev rəhbərlik etdiyi qurumun Bələdiyyə gəlirlərinin və yerli vergilər şöbəsinin rəisi Sahib Abışovla birlikdə tutulub. Onlar xüsusi karantin rejimində sərbəst hərəkət etmək imkanı əldə etmək istəyənlərə saxta arayışlar verməkdə ittiham olunur. İddiaya görə, bələdiyyə sədri və şöbə rəisi birlikdə 431 nəfərə saxta arayış satıblar. Arayışlarda həmin adamların qəsəbə ərazisində meyvə-tərəvəz və başqa yeyinti məhsullarının satışıyla məşğul olduqları yazılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Rəsmi məlumatda qeyd olunur ki, adları çəkilən şəxslər növbəti dəfə belə arayışları satanda yaxalanıblar. Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi arayış satışı barədə daxil olan məlumat əsasında bələdiyyənin binasında əməliyyat keçirib. Bələdiyyə sədrinin tutulması barədə rəsmi məlumata onun xidməti otağında aparılmış əməliyyat çəkilişi də əlavə olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 320.1-ci (rəsmi sənədləri, blankları saxtalaşdırma, qanunsuz hazırlama) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələrilə cinayət işi başlanıb. İstintaq araşdırmaları da da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılır.

Qeyd edək ki, Niftiyev Mətbuat şurası idarə heyyətinin üzvüdür. Prezidentin sabiq köməkşisi Əli Həsənovun komandasının üzvü hesab edilən Niftiyev “Azadinform” informasiya agentliyinin baş redaktoru olub. O, “Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə” “Tərəqqi” medalı ilə təltif olunub.

contact.az

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button