2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Mətbuat Trampın Rusiya ilə bağlı planını ifşa etdi

Prezidentliyinin ilk günlərində Donald Tramp Rusiyaya qarşı sanksiyaları ləğv etmək istəyirmiş. Lakin köhnə administrasiyanın və Dövlət Departamentinin əməkdaşları ona mane olublar.

Bu barədə “Yahoo News” etibarlı mənbələrə istinadən məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumata görə, yeni administrasiya Ağ Evə gələn kimi Dövlət Departamentinə Rusiyaya qarşı iqtisadi sanksiyaları ləğv etmək təklifi üzərində işləməyi tapşırıb.

Departamentin keçmiş əməkdaşı Den Frid bildirir ki, Ağ Ev sanksiyaları birtərəfli qaydada aradan qaldırmağı düşünürmüş.

Lakin Departamentin narazı əməkdaşları dərhal Konqresi sanksiyaların ləğvinə mane olan qanun qəbul etməyə çağırıblar. Və artıq fevralın 7-də senatorlar Ben Kardin və Linsi Qrem lazımi sənədləri hazırlayıb.

Keçmiş prezident Barak Obamanın assistenti Tom Malinovski Tram administrasiyasının sanksiyaları ləğv etmək niyyətinin olduğunu təsdiqləyib.

Onun sözlərinə görə, Ağ Ev prezidentlər Donald Tramp və Vladimir Putinin görüşünü də təşkil etməyi planlaşdırıbmış.

Xəbəri Tramp administrasiyasının adının çəkilməsini istəməyən əməkdaşı da təsdiqləyib. Lakin o bildirib ki, sanksyaları ləğv etmək planı təkcə Rusiyaya yox, bir neçə başqa ölkəyə də aid idi.

Gültəkin

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button