2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Məxfi Qarabağ iclasının stenoqramı: “Sarkisyanı özüm güllələyəcəm!”

Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağa səfəri zamanı keçirdiyi müzakirələrin detalları məlum olub.

Publika.az xəbər verir ki, Ermənistanın “lragir” saytı axşam saatlarında keçirilən qapalı müzakirələrdə əsl dava düşdüyünü yazıb.

Saytın məlumatına görə, qapalı iclasda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Rusiyanın irəli sürdüyü plan və bu plana uyğun olaraq Ermənistanın tərk edəcəyi ərazilər müzakirə olunub: “Plana uyğun hansı ərazilərin boşaldılacağı dəqiq olmasa da, iclasda ciddi fikir ayrılığı olduğu məlumdur. Məlumatlara görə, bu müzakirələrdə “Daşnaksütyun” partiyası da iştirak edib, həmçinin, bir neçə general da orada olub. Müzakirə təkcə Qarabağdakı hərbiçilərlə aparılmayıb, orada İrəvandan getmiş bir çox siyasətçi və hərbiçi də olub. Sarkisyan Rusiyanın Qarabağ planını təqdim edib və ciddi etirazla qarşılanıb”.

Saytların yığılması Saytlarin yigilmasi

Sayt qeyd edir ki, sabiq xarici işlər naziri Georqi Petrosyan ayağa qalxıb və qapını çırparaq çıxıb.

“Məlumatlara görə, deputat general Vitali Balasanyan bildirib ki, kimsə bu razılaşmanı imzalamağa cürət etsə, onu şəxsən özü güllələyəcək. Dağlıq Qarabağın (qondarma “DQR”) “xarici işlər naziri” isə çıxışında Rusiyanın planına uyğun danışıb. Maraqlıdır ki, iki il əvvəl Qarabağda Rusiyanın Krımı zəbt etməsi münasibətilə konsert verilirdi. İndi orada Qarabağın təslim edilməsi ilə bağlı Rusiya planı müzakirə olunur”, – deyə sayt bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button