2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏ

Məzahir Pənahovun qardaşı saxta konyak istehsalı ilə məşğuldur?

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun qardaşlarından biri barədə 24saat.org-a sensasion məlumat daxil olub.

Məlumatda iddia olunur ki, MSK sədrinin qardaşlarından biri Azərbaycanda saxta konyak istehsalı ilə məşğul olur. Bildirilir ki, sözügedən şəxs əvvəllər bu qanunsuz əməli Rusiyada həyata keçirib. Elə bu səbəbdən də həbs edilib. Məhz Məzahir Pənahovun ciddi səyləri nəticəsində həbsdən azad olunaraq Azərbaycana dönən qardaşı saxta konyak istehsalını Azərbaycanda davam etdirib. Məlumata görə, onun istehsal etdiyi konyaklar insan orqanizmi üçün zərərli olan simuş maddəsindən hazırlanır. Bu maddə spirtdən ayrılır və insan orqanizmi üçün zərərli hesab edilir. MSK sədrinin qadaşı həmin maddəyə rəng qataraq konyak hazırlayır. Bu konyaklar Azərbaycanda satılır.

Məlumatda Məzahir Pənahovun həmin qardaşının adı açıqlanmayıb. 24saat.org-un apardığı araşdırmalar nəticəsində bəlli olub ki, Pənahovlar 7 qardaşıdır. Qardaşlardan biri Tariyel Pənahovun ixtisası şərabçılıqdı. Elmlər doktoru olan Tariyel Pənahov Mehdiabad qəsəbəsində Şərabçılıq İnstitununun direktor vəzifəsində çalışır. Ehtimal oluna bilər ki, saxta konyak istehsalında ittiham edilən odur. Məlumatla bağlı Tariyel Pənahovla əlaqə saxlamaq cəhdlərimiz baş tutmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button