2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SosialXəbərlər

“Maaş artımı tətbiq edilmədən qiymətlər qalxıb”

“Minimum əmək haqqının 130 manatdan 180 manata qaldırılması ilə bağlı ölkə başçısının sərəncamı təqdirəlayiqdir. Maaş artımı martın 1-dən tətbiq ediləcək, amma çbiz artıq müşahidə edirik ki, qiymətlər süni artırılır”.

Deputat Əli Məsimli Milli Məclisdə çıxışında belə deyib.

Əli Mıəsimli bildirib ki, ötən il keçirilən prezident seçkilərindən sonra Azərbaycanda struktur islahatlarının yeni mərhələsi başlayıb və bu islahatlar xalq tərəfindən dəstəklənir. Deputat prezidentin minimum əməkhaqqının artırılması ilə bağlı sərəncamını da dəstəkləyib:  “Bu sərəncam bir neçə cəhətdən vacibdir. Bu sərəncam eyni zamanda özəl sektordakı kölgə iqtisadiyyatının aradan qaldırılmasına öz müsbət təsirini göstərəcək. Ancaq bu artım hələ qüvvəyə minmədən yağ və süd məhsullarının qiymətində artım müşahidə edilir. Prezident hər zaman belə süni qiymət artımının qarşısını almaq üçün aidiyyəti orqanlara göstəriş verib. Bəzi sahibkarlar fürsətdən istifadə edir, bayramları, bəhanə gətirərək, qiymətləri qaldırırlar. Gələn ay Novruz bayramı olacaq. Bu ərəfədə də işbazlar qiymətlər atrırıla bilər. Artıq bunun işartıları görünür”.

Saytların yığılması Saytlarin yigilmasi

Əli Məsimli qeyd edib ki, martın 1-dən minimum əmək haqqının 38,5 faiz (50 manat) artırılaraq 180 manata çatdırılması dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və özəl sektorda çalışan azı 600 min işçinin əmək haqqının artmasına imkan verəcək:  “Maaş artımının aztəminatlı ailələrin rifahının yaxşılaşdırılmasına xidmət etməsi üçün müvafiq strukturlar monopolistlərin süni qiymət artımına getməsinə imkan verməməlidir”.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button