2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Maaş kartlarına köçürülən pullar necə “yoxa çıxdı”

«Gəldi, dedi, daha bundan sonra vətəndaşların banka getməsinə ehtiyac olmayacaq. Yeni qaydalara görə, şərtlər və müraciətlər sadələşdirilib. Bankdan kredit götürmək istəyənlər ünvana gələn bank əməkdaşına sənədlərinin surətini verir, bank əməkdaşı da bu sənədləri kredit şöbəsinə təqdim edir».

Gədəbəyin Saratovka kəndinin sakinləri dələduzluqla üzləşiblər.

Saytların yığılması Saytlarin yigilmasi

«2 MİN MANAT KREDİT SÖZ VERMİŞDİ»

Kənd sakini Şəlalə Həsənova deyir, onun ailə üzvlərindən biri və kənddəki xeyli sakin özünü Cavid adıyla təqdim edən şəxsə aldanıb. Adamlar kredit götürmək həvəsiylə əmək və pensiya kartlarının surətini həmin şəxsə veriblər. Əvəzində başlarına olay gəlib:

«Şəxsən mənim anam pensiya kartının surətini verib. Həmin adam anama 2 min manat kredit söz vermişdi. Anamın və əlil qardaşımın müalicəyə ehtiyacı var. Bilirsiz ki, yıxılan adam son anda saman çöpündən yapışır. O dələduz da insanların bu vəziyyətindən istifadə edib. Bizə əlaqə nömrəsi də verdi. Dedi, bir neçə günə müqavilə sənədlərini gətirəcək, anam evdəcə imzalayacaq, krediti, pulu da evdə təqdim edəcək».

Beləcə sakinlər sənədlərinin surətini verib, gözləməyə başlayıblar. Pensiyalar kartlara vurulanda bankomatın qarşısına toplaşan təqaüdçülər bir-birinə dəyib. Məlum olub ki, məhz Cavid adlı şəxsə sənədinin surətini verənlərin hesabından pulların bir hissəsi «yoxa çıxıb».

«O ŞƏXS DƏ HƏBS OLUNACAQ»

Şəlalə xanım davam edir:

«Əvvəlcə Sosial Müdafiə Fondunun rayon şöbəsinə müraciət etdik. Bildirdilər ki, pensiyalar əvvəlki qaydada və tam şəkildə hesablara vurulub. Biz pensiyaların köçürüldüyü banka müraciət etdik, araşdırdılar, bildirdilər ki, hesablardan mobil telefonlara pul köçürülüb. Biz dərhal həmin şəxsin sakinlərə verdiyi mobil nömrəyə zəng vurduq, telefon söndürülmüşdü».

Gədəbəy Rayon Polis Şöbəsindən «Qaynar xətt»ə bildirilib ki, Saratovka kəndindən bir neçə vətəndaş ərizəylə müraciət edib:

«Artıq hər şey müəyyən edilib, o şəxs də həbs olunacaq, tezliklə məlumat veriləcək».

Aldananlar arasında təkcə pensiyaçılar deyil, əməkli insanlar da var. Onların maaş kartlarına köçürülən pullar da «yoxa çıxıb».

Bundan sonra Saratovka və digər kəndlərdə sahə müvəkkilləri məhəllələrə gedərək sakinləri xəbərdarlıq ediblər ki, belə vədlərə aldanıb dələduzluğun qurbanına çevrilməsinlər. (azadliq.org)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button