2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Maaş və müavinətlərin artımı inflyasiyanın artmasına gətirib çıxaracaq

Bakı/18.12.21 2022-ci il yanvarın 1-dən dövlət ümumtəhsil məktəblərinin və elm-təhsil müəssisələrinin müəllimlərinin, direktor və direktor müavinlərinin, dövlət büdcəsindən maliyyələşən fondların, komissiyaların və bir sıra digər qurumların əməkdaşlarının əmək haqqı orta hesabla 20% artırılacaq. Gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin vəzifə maaşları 40%, bədən tərbiyəsi rəhbərlərinin maaşı isə 30% artırılacaq.

Bundan başqa, yanvarın 1-dən minimum əmək haqqı da artırılacaq (250 manatdan 300 manata). Müvafiq olaraq, vətəndaşlar icbari sosial sığorta fonduna da daha çox ödəniş etməli olacaq.

2022-ci il dövlət büdcəsi layihəsini deputatlara təqdim edən maliyyə naziri Samir Şərifov 2022-ci il yanvarın 1-dən xalqın rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsi məqsədilə maaş, əmək təqaüdü, sosial yardım, pensiya və digər sosial müavinətlərin artacağını vəd edib. Sosial xərclərin artımı büdcənin 46,4%-nə qədər olacaq, bu da 2021-ci illə müqayisədə 13,5% (1 mlrd. 650 mln. manat) çoxdur. Nəticədə, 2022-ci il büdcəsinin sosial hissəsi 13 mlrd. 851 mln. manata çatacaq. Bu məbləğin 60%-i əmək haqqı ilə bağlıdır, bu da 2022-ci ildə ödənilməsi nəzərdə tutulan 8 mlrd. 97 mln. manat təşkil edir. Sosial təminat xərcləri proqnozu 3 mlrd. 566 mln. manat səviyyəsində anons edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Deputat Vüqar Bayramovun sözlərinə görə, 2022-ci il müstəqillik illəri ərzində sosial xərclərin payının ən böyük olduğu il olacaq. Gələn il hər 100 manatdan 46,4 manatı sosial məqsədlə istifadə olunacaq.

Hakimiyyətyönlü mətbuatda hazırda yaxınlaşan ümumi rifahın mənzərəsi təsvir olunur, buna görə xalqın “doğma partiyaya və hökumətə” minnətdar olmalı olduğundan danışılır (sovet şüarlarından adi ifadə).

Amma rəqiblər hesab edirlər ki, əmək haqlarının, pensiyaların cüzi artımı, adətən olduğu kimi, növbəti qiymət artımına və inflyasiyanın artmasına səbəb olacaq.   

Ölkədə qiymətlər artır. 2021-ci ilin yekunlarına görə, Azərbaycanda orta illik inflyasiya 6,2-6,5% səviyyəsində gözlənilir. 2020-ci ildə bu rəqəm 2,8% idi, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib. Yanvarda verilən ilk, artırılmış əmək haqqı inflyasiyaya təkan verə, gələn ilin iqtisadi yekunlarına təsirini göstərə bilər.

2019-cu ildə belə olmuşdu. Azərbaycan müəllimlərinin əmək haqqı sonuncu dəfə 2019-cu il sentyabrın 1-də orta hesabla 20% artırılmışdı. Əmək haqqı artımı 160 minə yaxın müəllimi əhatə etmişdi və onların orta aylıq əmək haqqını 605 manata (357 ABŞ dollar) qaldırmağa imkan vermişdi. 2019-cu ilin 11 ayının yekunlarına görə, ölkədə inflyasiya 2,8% təşkil edib, bir il əvvəlki inflyasiya isə 2,3% olub.

İnflyasiya birmənalı olaraq artır. Amma onun qiymətləri dəyişir. Əmək haqqının artması inflyasiya proseslərinə ciddi təsir göstərmir, – Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov belə hesab edir. Bu proseslərə ən çox tədiyə balansındakı problemlər, milli valyutanın devalvasiyası, real sektorda kifayət qədər inkişaf etməmiş istehsal və s. ilə bağlı amillər təsir göstərir. Əsas istehlak mallarının qiymətlərində yeni sıçrayış gözlənilməsi ilə bağlı gərginliyin və əhalinin növbəti devalvasiya və inflyasiya prosesləri ilə bağlı narahatlığının neçə müddət davam edəcəyi hökumətin milli iqtisadiyyatın antiböhran idarəçiliyi ilə bağlı tədbirlər kompleksini həyata keçirməsindən asılıdır, deyə ekspert yazır.

“İlk növbədə, buraya ölkədən kapital axınının qarşısının alınması ilə bağlı tədbirlər daxil edilməlidir. Daha sonra iqtisadiyyatın real sektoru inkişaf etdirilməlidir. Bu, ilk növbədə iqtisadiyyatın real sektoruna milli valyuta ilə ucuz, eyni zamanda uzunmüddətli kreditlərin verilməsi ilə bağlıdır”, deyə Məmmədov bildirib.

İqtisadçı Rövşən Ağayev öz hesablamalarında Azərbaycanda rəsmi inflyasiya rəqəmlərinin yanlış hesablandığı qənaətinə gəlir. O, mətbuatda yayılmış 2022-ci il dövlət büdcəsinin sosialyönümlü olması ideologiyasını təkzib edir.

İnflyasiya ölçüsünü və istehlak səbəti indeksasiyasını obyektiv hesablasaq, hamı başa düşər ki, 2019-cu ildə 250 manatlıq minimum əmək haqqı ilə 2022-ci ildəki 300 manatlıq minimum əmək haqqından daha çox mal almaq olardı.

O yazır ki, 2022-ci ildə minimum istehlak səbətinin dəyəri 7% artacaq. Bu səbətin 70%-ni ərzaq məhsulları təşkil edir. Amma səbətin dəyəri hesablanarkən ərzaq məhsullarının inflyasiyası nəzərə alınmır. Belə ki, cəmiyyətin etimadını doğurmayan rəsmi statistika belə bu ilin noyabrında ərzaq qiymətlərinin ötən ilin noyabrına görə 15%-dən çox artdığını bildirir. Yəni 2021-ci ilin noyabrında 100 manat olan məhsul ötən ay 115 manata satılıb. 

İkincisi, xidmətlərin dəyəri kəskin şəkildə artıb. Qaz, elektrik, su və kanalizasiya qiymətlərinin artması nəticəsində bir nəfərin istehlak səbəti 7 manat bahalaşıb.

Ekspert qeyd edir ki, rəsmi istehlak səbəti mənzilin mərkəzi, buxarla ucuz isidilməsi (hər 12 kv m. 0,15 manat) nəzərə alınaraq hesablanıb, bir halda ki, əhalinin cəmi 10-15%-i bu xidmətdən istifadə edir. Əhalinin qalan hissəsi evlərini qazla isidir, bir nəfər isə heç cür ayda, rəsmi səbəttdə nəzərdə tutulduğu kimi, 21 kubmetr qaz istehlak edə bilməz.

Ağayev hesab edir ki, Azərbaycan hesablamalarında tətbiq edilən istehlak səbəti üçüncü dünya sakinləri üçün nəzərdə tutulub, bir halda ki, 15 ildir Dünya Bankının reytinqində Azərbaycan bir sakinin milli gəlirinə görə orta-yüksək gəlirli ölkələr qrupuna aiddir. 

Rövşən Ağayevin düşüncələrini təsdiq edən iqtisadçı Rəşad Həsənquliyev xatırladır ki, 2021-ci ildə yekun inflyasiya proqnozlarının 9,5-10,5% səviyyəsində olub və indi hamı bunu bazardakı qiymətlərdən görür. Həsənquliyev vurğulayır ki, dövlət sektorunda əmək haqlarının artması, bu isə 1,6-1,7 milyonluq əmək bazarında əmək qüvvəsinin 60%-dən bir qədər çoxunu təşkil edir, mütləq özəl müəssisələrdə müavinətlərin artmasına gətirib çıxaracaq. Deməli, inflyasiyanın artması qaçılmaz olacaq. -0-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button