2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

‘Maaşlar az, inflyasiya çox artır’-Media icmalı

Azərbaycanda sərmayə mühiti, banklara etimadın azalması və inflyasıyanın əhalinin durumuna təsiri medianın aparıcı mövzularındandır…

Azərbaycanda pulu hara yatırmalı?
«Exo» qəzetində «Azərbaycanda pulları banka və ya bahalı yaşayış evinə qoymağı məsləhət görmürlər» sərlövhəli yazı oxumaq olar.

Müəllif yazır ki, 2018-ci ildə Azərbaycanda hələlik «iqtisadi sürpriz» baş verməyib. Ancaq bu sabitliyə baxmayaraq, hələ də pulu olan bir çox vətəndaşları «vəsaiti hara yatırmalı» sualı düşündürür:

Saytların yığılması Saytlarin yigilmasi

«Çoxları bank məsələsini nəzərdən belə keçirmir, çünki onlara inam çoxdan itib. Bununla belə, bəzi vətəndaşlar var ki, pullarını az-çox sabit olan banklara qoymağı düşünürlər».

Ekspert Natiq Cəfərli da qəzetə deyib ki, ölkənin bank sektoru indi yaxşı dövrünü yaşamır:

«Düşünürəm ki, bu il də bağlanan banklar olacaq. 2014-cü ilə kimi ölkə əhalisi əmanətləri banklara etibar edirdilər, o zaman imicləri hələ zədələnməmişdi, faizlər də yuxarı idi. İndi depozit portfeli azalıb. İnsanlara ancaq o tövsiyəni vermək olar ki, əmanətləri manat, dollar, avro olaraq müxtəlif valyutalarda saxlasınlar».

N.Cəfərli deyib ki, çoxları vəsaitlərini daşınmaz əmlaka qoymaq istəyir və belə kapital qoyuluşunu həmişə «uduşlu» adlandırır:

«Ancaq düşünmürəm ki, indiki halda daşınmaz əmlaka vəsait yatırmaq yaxşı ideyadır. Belə ki, qiymətlər enir və yaxın illərdə hələ enməkdə davam edəcək. Bura mənzil də, fərdi evlər də aiddir».

N.Cəfərli hesab edir ki, bu sırada kənd təsərrüfatına yararlı torpaqlar məsələsi istisnadır. O vurğulayıb ki, bu da dövlətin kənd təsərrüfatını inkişaf etdirməkdə maraqlı olmasına bağlıdır.

Supermarket

«Hökumət inflyasiya ilə bacarmır»
«Novoye Vremya» qəzetində «İnflyasiya pulqabımızı boşaltmaqda davam edir» sərlövhəli yazı yer alır.

Yazıda bildirilir ki, inflyasiya ölkə əhalisinin maddi durumuna ziyan vurur. Müəllif ölkənin böyük iqtisadi uğurlar qazandığı barədə rəsmi təbliğata şübhə ilə yanaşır:

«İqtisadi göstəricilər pis deyil, yaşamaq isə get-gedə çətinləşir və bunu hər birimiz hiss edirik. Belə ki, mağazaya ayaq qoymağımızla pulqabımızın vəziyyəti dəyişir, manat elə bil «uçur». Bu da ona görədir ki, qiymətlər artır, əməkhaqqı artsa da, bahalaşmanı üstləyə bilmir. Nəzərə alsaq ki, əhalinin əsas hissəsinin maaşı olduqca aşağıdır və belə şəraitdə artıq ikinci il yaşamaq olduqca çətindir».

Yazıda bildirilir ki, 2017-ci ildə orta illik inflyasiya təqribən 13 faiz təşkil edib. Müəllif xatırladır ki, 2016-cı ildə bu, 12.4 faiz olmuşdu.

Müəllif yazır ki, ilin sonunda da qiymət artımı davam edib:

«Nəzərə alsaq ki, ölkədə ərzaq məhsulları alınması əməkhaqqının yarıdan çoxunu əhatə edir, o zaman qiymət bahalaşmasının əhalinin əksər hissəsinin həyat səviyyəsinə mənfi təsiri danılmazdır».

Müəllif vurğulayıb ki, 2017-ci ildə əməkhaqqı 6.2 faiz artıb. İnflyasiya isə bunu 2 dəfə üstələyib.

Yazıda qeyd edilir ki, bu baxımından 2016-cı ildə də vəziyyət ürəkaçan olmayıb.

Müəllif hesab edir ki, inflyasiya yoxsulluğu doğuran əsas amillərdəndir.

Yazıda vurğulanır ki, hökumət inflyasiya ilə mübarizə məsələsində qarşıya qoyulan məqsədə nail ola bilməyib.

Biznes

Sərmayəyə əlverişli ölkə
«Azərbaycan» qəzetində «Azərbaycan dünyada sərmayə qoyuluşu üçün cəlbedici ölkəyə çevrilib» sərlövhəli yazı dərc edilib.

Yazıda vurğulanır ki, son illər dünya ölkələri sosial-iqtisadi problemlərlə üzləşiblər, ancaq Azərbaycanda təhlükəsizliyin təmin olunması, əlverişli biznes və investisiya mühiti istənilən layihənin gerçəkləşməsinə təminat verir.

Müəllif hesab edir ki, dünya iqtisadiyyatındakı mənfi meyllər əksər ölkələrdə sərmayə qoyuluşunu azaldıb:

«Ancaq Azərbaycandakı mövcud investisiya imkanları və prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılan əlverişli biznes mühiti yerli sahibkarlarla yanaşı, xarici investorları da ölkəmizə cəlb edir… Elə bunun nəticəsidir ki, Azərbaycan iqtisadiyyatına 2004-2017-ci illərdə 225 milyard dollar həcmində investisiya qoyulub. Bu müddətdə ölkə iqtisadiyyatına yatırılan xarici investisiyanın həcmi isə 107.2 milyard dollar təşkil edib».

Yazıda qeyd edilib ki, təkcə ötən 2017-ci ildə Azərbaycan iqtisadiyyatına 14.6 milyard dollar sərmayə qoyulub. Xarici ticarət dövriyyəsi 2017-ci ilin 11 ayında 21.8 milyard ABŞ dolları təşkil edib. Əmtəə ixracı isə 19 faiz artaraq, 14 milyard dolları üstələyib.

2017-ci ilin dövlət büdcəsinin vəsaiti hesabına investisiya xərclərinə 2 milyard 690 milyon manat yönəldildiyini bildirən müəllif bununla da nəzərdə tutulan bütün layihələrin maliyyələşdirilməsinin təmin olunduğunu qeyd edib.

Müəllif yazır ki, 2017-ci ildə valyuta ehtiyatları 4.5 milyard dollar artaraq 42 milyard dollar təşkil edib. Adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə, Azərbaycan dünya miqyasında ön yerlərdən birini tutur.
azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button