2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Macarıstan baş nazirinin şərfi diplomatik qalmaqal yaratdı

Xəbər verilir ki, Macarıstanın Kiyev və Buxarestdəki səfirləri baş nazirin hərəkəti ilə bağlı Ukrayna və Rumıniya XİN-lərinə dəvət ediliblər

Saytların yığılması Saytlarin yigilmasi

Macarıstanın baş naziri Viktor Orbanın Budapeştdə Macarıstan və Yunanıstan futbol yığmalarının dostluq matçında ölkənin 1920-ci il xəritəsi həkk olunmuş şərfdə görünməsi diplomatik qalmaqal yaradıb.

1920-ci ildə Rumıniya, Avstriya, Slovakiya, Serbiya, Xorvatiya və Ukraynanın müəyyən hissələri Macarıstanın tərkibində olub.

Xəbər verilir ki, Macarıstanın Kiyev və Buxarestdəki səfirləri baş nazirin hərəkəti ilə bağlı Ukrayna və Rumıniya XİN-lərinə dəvət ediliblər.

Rumıniya XİN Macarıstan səfirinə “qətiyyətli etirazını” bildirib.

Ukrayna XİN-də isə səfirdən Budapeştin rəsmən üzr istəməsi və Ukraynanın ərazi bütövlüyünə “qəsdlə” bağlı izahat verməsi tələb olunub.

Orban Facebook-da nə yazıb

Ukrayna XİN-in nümayəndəsi Oleq Nikolenko Facebook səhifəsində yazıb:

“Viktor Orban futbol matçına üzərində Ukrayna ərazisi Macarıstanın bir hissəsi kimi göstərilən xəritə çəkilmiş şərflə gəlib. Macarıstanda təftişçilik ideyalarının təbliğatı Ukrayna-Macarıstan münasibətlərinə xidmət etmir və Avropa siyasətinə ziddir”.

“Meduza” qəzeti yazır ki, sözü gedən şərfi Orbana macar azarkeşlərdən biri verib.

Orbanın özü daha sonra Facebook səhifəsində yazıb:

“Futbol siyasət deyil. Gəlin olmayanı axtarmayaq. Macarıstan yığması harada yaşamasından asılı olmayaraq hər bir macarın komandasıdır”.

Trianon müqaviləsinin əks-sədası

Vaxtilə Avstriya-Macarıstan imperiyasının bir hissəsi olan Macarıstan I Dünya Müribəsindən sonra 1921-ci ildə Trianon sülh müqaviləsini imzalamaqla ərazilərinin üçdə ikisini itirib.

Baş nazir Viktor Orbanı Moskva ilə sıx əlaqələrinə və Ukraynaya Rusiyanın təcavüzündən müdafiə olunması üçün hərbi dəstək vermədiyinə görə tez-tez tənqid edirlər.

Məsələn martın 26-da Orban demişdi ki, onun ölkəsi Rusiya neft və qazına qoyulan embarqoya qoşulmyacaq.

O habelə demişdi ki, Ukrayna prezidenti Volodimir Zelenskinin Budapeştdən Rusiyaya qarşı hərbi dəstək gözləməsi Macarıstanın iqtisadi maraqlarına uyğun deyil.

24 saat” “
Macarıstan baş nazirinin şərfi diplomatik qalmaqal yaratdı
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button