2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Macarıstandan qaz xəbərdarlığı

Avropanın Rusiya qazı üçün maksimum qiymət qoymaq təklifi Moskvadan qaz tədarükünün dərhal kəsilməsilə nəticələnər. Belə bir xəbərdarlığı Macarıstanın Xarici işlər naziri Piter Szijarto Aİ enerji nazirlərinin fövqəladə toplantısı öncəsi səsləndirib.

Saytların yığılması Saytlarin yigilmasi

Szijarto sentyabrın 9-da Facebook-da yazıb ki, “kəmərlərlə nəql olunan Rusiya qazı üçün müstəsna qiymət planı Avropa və Macarıstanın maraqlarının tam əleyhinədir”.

Bu gün axşama doğru Aİ-nin enerji nazirləri Rusiyanın Avropaya qaz nəqlini dayandırmasıyla qalxan enerji qiymətlərini cilovlamağın yollarını müzakirə edəcəklər.

Rusiyanın qazı kəsməsi Qərbin Moskvanın Ukraynaya qarşı tammiqyaslı hücumuna görə qoyduğu sanksiyalarına cavab sayılır. Moskva enerji ixracını dayandırmaqla Qərbə təzyiq göstərməkdə ittiham olunur.

Hazırda Aİ prezidentliyini həyata keçirən Çexiyanın Sənaye naziri Jozef Sikela bu həftənin əvvəlində deyirdi ki, bloka idxal olunan Rusiya qazı üçün qiymət limiti mövcud böhranın effektli həll yolu deyil. Nazirin fikrincə, həmkarları 9 sentyabr toplantısında bu təklifi müzakirə etməməlidirlər.

Szijarto iyulda Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Macarıstan mövcud uzunmüddətli təchizat razılaşmasına əlavə qaz tədarükü axtarır. Aİ-nin Rusiyaya sanksiyalarını tənqid edən Macarıstan təbii qazın 80 faizindən çoxunu Rusiyadan alır, bloka qaz təchiz edən böyük neft kəməri üçün tranzit ölkədir.

Aİ artıq Rusiyadan neft idxalının üçdə ikisindən çoxunu qadağan etməyə razılaşıb.

Gazprom avqustdan Macarıstana təbii qaz tədarükünü artırıb.

Sentyabrın 8-də də isə Baş nazir Viktor Orban administrasiyasının başçısı hökumətin dövlət və kommersiya qurumlarında qaz istehlakını “mümkün qədər tez” 25 faiz azaltmaq niyyətini açıqlayıb. Gergeli Qulyas xəstəxanalar və sosial qurumların istisna təşkil etdiyini deyib. O, macarıstanlı istehlakçıları elektrik və qazdan qənaətlə istifadəyə çağırıb.

Millətçi populist Orban və onun siyasi dominant Fidesz partiyası Aİ-nin Rusiya neft-qazını qadağan etmək addımlarına müqavimət göstərib, Moskvaya cəza tədbirləri üzrə danışıqlara saysız əngəllər törədib.

Orban Rusiya Prezidenti Vladimir Putinlə isti münasibətləri ilə tanınır.

Putin enerji ixracından “silah” kimi istifadəylə bağlı Qərbin ittihamlarını rədd edir.

24 saat” “
Macarıstandan qaz xəbərdarlığı
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button