2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Bakıdakı Niyazi küçəsi Maestronun adına deyil – FOTOFAKT

Bakıda yerləşən “Niyazi” küçəsi özbək şair-dramaturqu Həmzə Həkimzadə Niyazinin şərəfinə adlanıb

Bu gün məşhur azərbaycanlı dirijor və bəstəkar, SSRİ Xalq Artisti adını almış Maestro Niyazinin doğum günüdür.

2017-ci ildə Bakı şəhəri Niyazi küçəsində dahi sənətkarın abidəsinin açılışı olub.

Həmzə Həkimzadə Niyazi (1889-1929) — Özbəkistan şairi.
Həmzə Həkimzadə Niyazi (1889-1929) — Özbəkistan şairi.

24saat.org saytının araşdırmasına görə, hazırda Prezident Adminstrasiyasından “Azneft” meydanı istiqamətində olan bu küçə hələ sovet dövründən Həmzə Həkimzadə Niyazinin adına verilsə də, cəmiyyətdə hamı adın Maestro Niyazi ilə bağlı olduğunu hesab edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bakının meydanları, küçələri və görkımli yerləri ilə bağlı internet resurslarında rus dilində olan məlumatlarda bu küçə məhz Niyazi Həkimzadə kimi qeyd edilib. Həmin məlumatlarda qeyd edilir ki, “Dioqanalnı” adlanan və Teymur Elçin küçəsi ilə kəsişmədə yerləşən bu küçə Niyazi Həkimzadənin adınadır (hazırda Prezident Administrasiyası və Nazirlər Kabinetinin parkı yerləşdiyindən bu küçələr kəsişmir).

Beləliklə, ortaya çıxır ki, Azərbaycanda drijorluq məktəbinin banisi, bəstəkar Maestro Niyazinin adına küçə yoxdur.

 

 

 

 

 

 

Niyazi Tağızadә 1912-ci il avqustun 20-də Tiflisdə ziyalı ailəsində doğulub.

Anası Böyükxanım ixtisasca həkim olub. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun qardaşı idi. Uşaqlıq illərindən Ü.Hacıbəyov, M.Maqomayev , Ə.Haqverdiyev, C.Məmmədquluzadə, N.Vəzirov, H.Cavid kimi dövrünün tanınmış sənət adamları, yazıçıları arasında böyüyüb.

Tağızadə soyadı onun anasının soyadı deyil. Anasının yeganə dayısı Heydərəli Tağızadə inqilabçı idi. Onun faciəli qətlindən sonra o, bu soyadı daşımağı özünə borc bilib. Niyazi də soyadı yaşatmaq üçün Tağızadə-Hacıbəyov soyadını öz seçimi ilə götürmüşdür.
Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı onun adı ilə bağlıdır.

Məhz Niyazi Azərbaycan dirijorluq məktəbinin banisidir. Q.Ropov, P.Ryazanov, L.Rudolfun bəstəkarlıq məşğələlərində iştirak edən Niyazi dirijorluq fəaliyyətinə 1934-35-ci illərdə başlayır. 1935-ci ildə ilk dəfə olaraq Azərbaycan xalq musiqisinin klassik nümunələrini – “Rast” və “Şur”u nota köçürür. 1937-ci ildə Mirzə Fətəli Axundzadə adına Opera və Balet teatrında dirijorluq vəzifəsinə dəvət olunur. 1938-ci ildə Moskva şəhərində keçirilən Azərbaycan incəsənəti ongünlüyündə Müslüm Maqomayev (bəstəkar)in “Nərgiz” operasına dirijorluq edir. Üzeyir Hacıbəyovun “Koroğlu”, Qara Qarayevin və Cövdət Hacıyevin “Vətən”, Fikrət Əmirovun “Sevil” operalarının, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin dirijorluğunu da Niyazi etmişdir. 1946-cı ildə gənc dirijorların baxış müsabiqəsinin laureatı adını qazanır. 1949-cu ildə ən məşhur əsərini – “Rast” simfonik muğamını yazır. Böyük sənətkar müxtəlif vaxtlarda Azərbaycan SSR-in xalq artisti, SSRİ xalq artisti adlarına, Ü.Hacıbəyov adına Azərbaycan dövlət mükafatına, SSRİ dövlət mükafatına, “Çitra” baletinə görə Cəvahirləl Nehru adına beynəlxalq mükafata layiq görülmüşdür. Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru olmuşdur.

“24saat” Araşdırma Qrupu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button