2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Magistr və doktorantların möhlət hüququnun ləğvi yanlış addımdır”

Üzeyir Cəfərov: “Bəzi millət vəkilləri əsas məsələləri qoyub, lazımsız təklifləri müzakirə edir”

Məlum olduğu kimi, magistr və doktorantlar həqiqi hərbi xidmətə çağırışla bağlı möhlət hüququndan məhrum ediliblər.
Maraqlıdır, hər zaman insan resursunun bolluğu ilə öyünən, əsgər çatışmazlığının olmadığını israrla vurğulayan Azərbaycanın magistr və doktorantları da xidmətə cəlb etməsi nədən xəbər verir? Doğrudanmı Silahlı Qüvvələrimizin bir neçə yüz nəfərlik magistr və doktorant heyətinə ehtiyacı var?
Bununla bağlı 24saat.org-a açıqlama verən “Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, tanınmış hərbi ekspert Üzeyir Cəfərov bu addımı lüzumsuz və gərəksiz qərar kimi dəyərləndirdi:
“Bizdə hərbi xidmətə çağırış yaşı 35-dir. Bu gün hərbi sahə ilə bağlı müzakirə olunası çoxlu məsələlər var. Lakin bizim bəzi deputatlarımız bu məsələləri bir kənara qoyub bu cür məsələlərdən yapışırlar. Hətta orta məktəbi bitirib ali məktəbə daxil olan şəxslərin də hərbi ximətə çağırılması ilə bağlı təkliflər səslənir. Maraqlıdır, ali məktəbə daxil olan şxəsləri hansı müddətə hərbi xidmətə aparacaqlar? Əgər ali təhsilli kimi bir il müddətə xidmətə aparırsansa, onun ali təhsilli olmasını sübut edən heç bir sənəd ortada yoxdur. Çünki o, ali təhsil alması ilə bağlı diplom almaq üçün hökmən ali təhsilini başa vurmalıdır. Bundan başqa, ali məktəbə daxil olanların heç də hamısı ali məktəbi müxtəlif səbəblərdən başa vura bilmir. Bunu da unutmaq olmaz ki, ali təhsilli şəxslərlə komandirlərin işləməsi daha rahardır. Çünki onlar savadlı, təcrübəli, nisbətən bərkdən-boşdan çıxan insanlardır. Bu insanların magistr və doktorantlıq pillələrini oxumasına mane olmaq laızm deyil. Onsuz da bu pillələrdə məhdud sayda adam təhsil alır. Hamı alim olmayacaq ki… Hər bir dövlət, hər bir xalq öz savdlı insanları ilə tanınır, inkişaf edir. Biz də öz gənclərimizə bu imkanı yaratmalıyıq. Bu səbəbdən də hesab edirəm ki, magistr və doktorantların möhlət hüququnun ləğvi yanlış addımdır””.

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button