Now Reading:
Magistraturaya qəbul imtahanı iki mərhələdə keçiriləcək

Magistraturaya qəbul imtahanı bu il də iki mərhələdə keçiriləcək. Birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatika üzrə bilik səviyyəsi test üsulu ilə yoxlanılacaq. İmtahanın birinci mərhələsində məntiqi təfəkkür, xarici dil və informatika üzrə test bloklarına həm qapalı (çoxseçimli), həm də açıq formalı test tapşırıqları daxil ediləcək.

Lent.az-ın məlumatına görə, bu barədə “Magistr” jurnalının 1-ci sayına yazdığı “Ön söz”də Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

O qeyd edib ki, qəbul qaydalarına görə, imtahanın birinci mərhələsindəki nəticələri DİM tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar ikinci mərhələdə iştirak etmək hüququ qazanacaqlar. Həmin mərhələdə isə bakalavrların ixtisas üzrə bilikləri qapalı (çoxseçimli) və açıq formalı test tapşırıqlarının cavablandırılması, bəzi proqramlar üzrə isə yazı işlərinin yerinə yetirilməsi və ya qabiliyyət imtahanı vasitəsi ilə yoxlanılacaq. Müsabiqə və yerləşdirmə bakalavrların topladıqları ümumi ballar (imtahanın iki mərhələsində toplanılan balların cəmi) əsasında həyata keçiriləcək.

“Magistr” jurnalının bu sayında magistraturaya qəbul qaydaları ilə bərabər, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə izahlı test tapşırığı nümunələri təqdim edilir. Magistraturaya qəbul elanı, məntiq, informatika və xarici dillər üzrə test modelləri, ixtisaslaşma seçiminə dair cədvəllər, ixtisaslaşmalar üzrə qəbul imtahanı proqramları və digər materiallar isə jurnalın növbəti saylarında dərc olunacaq.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.