2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Magistrlara da tələbə krediti verilir

Yayımlandı: 9 Sentyabr 2022 12:37

Payızda 5000-ə yaxın şəxsin müraciət edəcəyi gözlənilir

“Bu günə kimi artıq min nəfər tələbə kreditdən faydalanıb. Bu ildən magistratura səviyyəsi üzrə təhsil alanlara da təhsil tələbə krediti almaları üçün şərait yaradılıb”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

O bildirib ki, 2022-ci il təhsil müəssisələrinə qəbul olan tələbələrin sentyabrın 12-nə qədər Təhsil Tələbə Krediti Fonduna müraciət etmək imkanları var.

İcraçı direktor həmçinin qeyd edib ki, Təhsil Tələbə Krediti Fondu İkinci Qarabağ müharibəsində iştirak edən tələbələrin sosial kredit növündən yararlanması üçün hökumətə müraciət edib.

“Ümumilikdə, tələbə təhsil krediti üçün payız semestri ərzində təxminən 5000-ə yaxın müraciət olacağını təxmin edirik”.

2021-ci il iyunun 17-də Prezident İlham Əliyevin fərmanı ilə Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradılıb.

Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalının məbləği 80 milyon manatdır.

Fondun əmlakı nizamnamə kapitalından, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button