2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Mahir Mirzəyev ”Yardımlı birinciliyi” mübarizəsində: Könlünə başçı olmaq düşüb – Savash.org


Məlum olduğu kimi, Yardımlı rayon icra hakimiyyətinin keçmiş başçısı Sevindik Hətəmov tutuduğu vəzifədən azad olunaraq Salyan rayonuna təyinat alıb. Hələlik Yardımlı rayonuna icra başçısı təyinatı olmayıb, bu isə Yardımlıda başçı olmaq istəyənlər arasında mübarizəni şiddətləndirib.

Savash.org-un əldə etdiyi məlumata görə, ”Yardımlı birinciliyi” uğrunda mübarizəyə qalxanlardan biri də hazırda RİH başçısının müavini postunu tutan Mahir Mirzəyevdir. Mənbəmiz iddia edir ki, Sevindik Hətəmovun Salyan RİH başçısı postuna təyin olunması Mahir Mirzəyevi kifayət qədər ümidləndirib:

Saytların yığılması Saytlarin yigilmasi

“Mahir Mirzəyev onsuz da Yardımlını idarə edən əsas şəxslərdən biridir. Onun çoxsaylı qohumları rayondakı əksər vəzifələri işğal edib. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Mahir Mirzəyevin dost-doğma əmisi oğlu Elçin Mirzəyev Yardımlı RİH başçısının digər müavinidir. Mahir Mirzəyevin digər qohumları da vəzifələrdə çalışır. Bu isə Mahir Mirzəyevə Yardımlının idarəçiliyində əlavə üstünlüklər verib. İndi isə o icra başçısı olmaq sevdasına tutulub. Özünün yaxın çevrəsinə bildirib ki, “Yaxın günlərdə Yardımlının icra başçısı özüm olacam”. Onun bu sözləri nəyə əsaslanıb dediyini bilmirik, amma Mahir Mirzəyevin bütün qohumları toy-bayram əhvalındadır ki, o yaxın zamanlarda icra başçısı olacaq”.

Bununla belə əldə etdiyimiz digər məlumatlar Mahir Mirzəyevin bu ümidinin əsassızlığını düşünmək üçün əsaslar yardır. Həmin məlumatlarda isə bildirilir ki, yaxın günlərdə Yardımlı rayon icra hakimiyyətinin başçısı postuna təyinat reallaşacaq və bu şəxsin adı Mahir Mirzəyev deyil: ”Əksinə yeni gələn başçının Mahir Mirzəyevlə işləməyəcəyi dəqiqdir. Çünki yeni başçı kimi şansları çox yüksək qiymətləndirilən həmin şəxsin Mahir Mirzəyevlə münasibətləri heç də xoş olmayıb”.

Savash.org





Savash.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button