2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏSiyasət

Mahir Quliyev Biləsuvarı Əziz Əzizova satıb: işi PA araşdırır

Biləsuvarın icra hakimi Mahir Quliyev Cəlilabad icra başçısı Əziz Əzizova hektarlarla ərazi peşkəş edib. 24saat.org-a daxil olan xəbərə görə, Biləsuvarda pay torpaqlarının bir hissəsi Əziz Əzizova satılıb.

Ə.Əzizovla M.Quliyevin torpaq alveri barəsində Prezident Administrasiyasında məlumatlıdırlar. Əkin üçün yararlı torpaqların məmurlardan geri alınmasına dair fərman icra olunacağı halda iki icra başçısının sövdələşməsi pozulacaq.

Hazırda sakinlər imza toplayır və dövlət başçısına rəsmi surətdə müraciət hazırlanır. Müraciət əsasında Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən araşdırma başlana bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Bu prosesdə Ə.Əzizovla M.Quliyevin günah keçisi kimi bələdiyyə sədrlərini qurban verəcəyi də gözlənilir. Lakin indiki halda hər iki məmurun özbaşınalığı barədə müfəssəl məlumatlar PA-ya çatdırılıb.

İcra hakimi Mahir Quliyevin özbaşına əməlləri barəsində prezident İlham Əliyevə və Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevə biləsuvarlılar adından müraciət hazırlanır.

Bu məktub isə PA rəhbəri ilə ölkə başçısının müşavirələrdə icra başçılarına etdiyi xəbərdarlıqdan az sonrakı dövrə təsadüf edir.

Sakinlərin hazırladığı müraciətdə torpaqların konkret olaraq hansı məmurlara bağışlandığı və ya satıldığı müfəssək şəkildə açıqlanıb.

Şübhə doğurmur ki, Mahir Quliyev özünü də düşünüb, hektarlarla ərazi ayırıb. Amma ilk növbədə qonşu rayonlardakı məmurlar pay götürüb.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button