Now Reading:
Mahmud Məmmədquliyev: Vizasız gediş-gəlişlə bağlı sazişin imzalanması bir qədər tezdir

Mahmud Məmmədquliyev: Vizasız gediş-gəlişlə bağlı sazişin imzalanması bir qədər tezdir

”Hər iki tərəf öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərsə, ola bilsin ki, gələcəkdə bu məsələ müzakirə olunsun”

Brüssellə Bakı arasında siyasi, iqtisadi, elm, təhsil və digər sahələrlə əhatə edən yeni sazişin imzalanması ilə bağlı danışıqlar başlanılıb.

Azərabaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev yeni başlanan danışıqlarla bağlı qarşıda görüləcək hələ çox  işlərin olduğunu söyləyib və birlik ölkələrilə vizasız səfər məsələsinə də toxunub.

O, bu barədə APA-ya danışıb.

Mahmud Məmmədquliyev hesab edir ki, Azərbaycan vətəndaşlarının Avropaya sərbəst gedib gəlməsi üçün viza məsələləri bir qədər  yüngülləşdirilib:

“Eyni zamanda, bizim imzaladığımız sazişlər, həm vizanın sadələşdirilməsi, həm də readmissiya sazişləri həyata keçirilir. Ola bilsin ki, bu məsələ ilə bağlı monitorinq komitəsində görüş olacaq. Hər iki tərəf öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərsə, ola bilsin ki, gələcəkdə bu məsələ müzakirə olunsun”.

Ancaq Azərbaycan vətəndaşlarının Avropaya vizasız gediş-gəlişi ilə bağlı sazişin imzalanmasına gəlincə, nazir müavini hazırda bu barədə danışmağın bir qədər tez olduğunu deyib. 

 

Xatırlatma

Martın 28-dən Gürcüstan vətəndaşları Avropa Birliyinin əksər ölkələrinə biometrik pasportlarla, vizasız səyahətə başlayıb. 

Aprelin 6-da Avropa Parlamenti Ukraynaya qarşı viza rejiminin ləğvinə səs verib. 521 deputat bunun lehinə,75-i isə əleyhinə səs verib.

Mayın 11-də Avropa İttifaqı Şurası Ukrayna ilə viza rejiminin ləğvinə dair qərar qəbul edib.

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində əməkdaşlıq edir.

Bu, Azərbaycan Milli Məclisində müzakirəyə səbəb olub. Parlamentin 7 aprel toplantısında Avropa Birliyindən Azərbaycan vətəndaşları üçün viza rejiminin ləğvi və ya sadələşdirilməsi tələb olunub.

24saat.org

Mənbə – www.meydan.tv

Input your search keywords and press Enter.