2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

“Mahmudovçu” Milli Məclisin aparatı buraxıldı, komanda yenilənəcəkmi?  

Növbədənkənar parlament seçkiləri ilə yekunlaşandan sonra sıra MM-in Aparatına da çatdı. Hokumət Parlament aparatının buraxıldığını rəsmən elan edib. Əslində, bu aparatın çoxdan yenilənməyə ehtiyacı vardı. Ötən yazılarımızda da qeyd etdiyimiz kimi, Aparatda illərdir vəzifə tutan elə qeyri-peşəkar adamlar var ki, onlar faktiki heç bir işlə məşğul olmurlar. Üstəlik, həmin adamlarda belə bir fikir formalaşıb ki, onların işi eləcə qrafik üzrə işə gəlib-getmək, ayın sonunda da maaş cədvəlinə qol çəkməklə, çayxanada deputatların mülklərini və dedi-qoduları müzakirə etməklə bitir. 

Saytların yığılması Saytlarin yigilmasi

Bax, bu düşüncə illərdir ölkənin qanunverici qurumunun baş qərargahını ölü aparata çevirib. Bəli, Parlamentin deputat komandasında olduğu kimi, burda da köklü islahatlara ehtiyac var və o islahatlar məhz kadrların peşəkarlarla əvəzlənməsindən başlanmalıdır. Bu qərarı o dəyişiklik prosesinə start hesab etmək olarmı? Ümid edək ki, bu dəfə aparata daha layiqli şəxslər gətiriləcək. Elə layiqli şəxslər k, onların adları birmənalı olaraq MM-nin nüfuzuna işləyəcək. Hələlik “təmizləmə” prosesində kimlərin yenilərlə əvəzlənəcəyibarədə heç bir məlumat yoxdur. Amma hər kəs inanmaq istəyir ki, aparatdakı kadr dəyişiklikləri MM-nin deputat yeniləmə yalanına bənzəməyəcək. Bu məsələ hər kəsdən daha çox hökumət rəhbərliyini narahat etməlidir.  Vəd olunan islahat adına real  addım atmaq vaxtı çatıb. Buyurun, bu meydan, bu da siz…   

Aparatın yeni strukturu formalaşana qədər əvvəlki adamlar işlərinə davam edəcəklər. Bunun bir prosedur olduğunu anlayırıq. Lakin söhbət parlament aparatında islahat aparmaqdan gedirsə, səhnəyə mütləq şəkildə yeni simalar çıxarılmalıdır. Uzun illərdir MM ölkənin gündəminə rüsvayçı skandallarla, anekdotlarla, qeybətlərlə və orda çalışan şəxslərin sevgi-məhəbbət macəraları ilə gəlir. Deputatların lağlağı sözləri sosial şəbəkələrin gülüş hədəfinə çevrilir, macəraları mediaya manşet olur, çirkli biznes fəaliyyətləri, övladlarının qudurğan əməlləri həftələrlə gündəmdən düşmür. Aparatın işçiləri ilə bağlı məsələ də bənzərdir. Onların bekarçılıqdan saatlarla çayxanalarda qeybət qırdıqları, bir-birilərinə lətifə qoşduqları, bir-birinin ailə  məsələlərini müzakirə etdikləri parlament divarlarından belə keçib kənara çıxır. O söhbətlərdə əsas müzakirə mövzularından biri də Əliyevlər ailəsi olub hər zaman. Ötən yazılarımızda bu məsələlər haqqında dəfələrlə yazmışıq. Xatırlayırsınızsa, xanım Əliyevanın Prezident Aparatını dəyişib, ora öz adamlarını gətirmək planı, parlamentin buraxılması və tam tərkibdə yenilənməsi məsələsi haqqında ilk siqnallar da elə ordan yayılmışdı. Deputat komandasında yenilənmə planının nədən baş tutmadığını hamımız bilirik. Məclis Aparatının yenilənməsi məsələsində əsas məsələ “Mahmudovçuları” cəzalandırmaqdır. Əgər aparatda qeyri-peşakar adamlar qalsa, o zaman bu yeni rəhbərlik üçün böyük fiasko olacaq. Yeni rəhbərlik “mafioz” deputatlardan qorxmamalı və prinsipial olmalıdır.  

Aparatın buraxılması rəsmi şəkildə elan olunandan sonra hamını bir sual maraqlandırır: Aparatda qeyri-peşəkar, tənbəl, bivec bir komandanın elemetləri qalacaq ya da yox? Əgər işçilər keçmiş MM-nin “Mahmudovçu” rəhbərliyin habelə aparat rəhbərliyinin nüfuzunu üstlərində hiss etsəydilər, nə çayxana söhbətlərinə zamanları qalardı, nə də  qeybətə. Xülasə, hamının gözü yenə ölkənin ən önəmli qurumuna dikilib. Yeni aparat kimlərdən formalaşdırılacaq? Yaxın zamanda MM-nin səhnəsində yeni simalar görünəcəkmi? Ümid edək, görünəcək. Müsbət dəyişikliklərin yuxarılardan başlanması zamanıdır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button