2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Mahmudovun qara maskalıları kasıb sürücünü və oğlunu necə şil-küt edib… – FOTO

“Söyülən də, döyülən də, şərlənən də bizik. Ailəmizi çıxılmaz vəziyyətdə qoyublar, həyatımızı məhv ediblər. Xəstə qardaşımı, onkoloji xəstə olan anamı, həyat yoldaşı rəhmətə getmiş bacımı, onun azyaşlı körpəsini çörəklə imtahan edirlər”.

Bunu virtualaz.org saytına Bakı şəhər sakini, Yasamal rayonu, 2-ci Alatava ev 89 B ünvanında yaşayan Elmidar İsmayılov deyib.
Şikayətçinin dediklərindən belə məlum olub ki, 7 yanvar 2014-cü ildə atası Məhərrəm İsmayılov özünə məxsus “Jiquli” markalı maşınla yas mərasimindən qayıdarkən “Kia Optima” markalı avtomaşınla toqquşub. Hadisə zamanı xəsarət alan olmayıb. M.İsmayılovun və qarşı tərəfin avtomobilinə yüngül zərər dəyib. İsmayılovun dediyinə görə qəza “Kia”nın sürücüsünün günahı üzündən baş verib. Lakin maşındakılar “Jiquli”nin sürücüsünü “onların yoluna çıxdığı üçün” döyməyə başlayıblar.
 “Qəza evimizin yaxınlığında baş vermişdi. Avtomobildə olan beş nəfər idmançı görkəmli mülki şəxs MTN əməkdaşı olduqlarını deyərək atamı döyməyə başladılar. Onlardan atamı vurmamaqlarını xahiş etsəm də, mənə məhəl qoymadılar. “Sənin başına oyun açarıq, səni öldürəcəyik” deməklə hədələdilər. Bu azmış kimi üstəlik məni döydülər. Hadisə yerinə qonum-qonşular tökülüb gəldilər. Həmin şəxslər isə “gedin nə istəyirsiniz edin, onsuz da bizə heç nə edə bilməzsiniz, bizim arxamız güclüdür” deyirdilər”.
E.İsmayılovun sözlərinə görə, hadisə yerinə yol polisi əməkdaşları gəlib, avtoqəzanın baş verdiyi yerin fotoşəkilləri çəkilib: “İlk gündən təhqiqat birtərəfli aparıldı. Araşdırmalar zamanı saxta şahidlər, özbaşınalıqlar aşkar edildi. Həmin maşının sürücüsü tibbi yoxlanışdan keçirilmədi, ekspertizanı saxtalaşdırdılar. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları bizi 1 saylı Şəhər Xəstəxanasına apardılar. Orada həm atama, həm də mənə tibbi yardım göstərildi. Biz xəstəxanada olarkən həmin 5 nəfər də oraya gəldilər, qohumlarımdan xahiş edirdilər ki, şikayətçi olmayaq, bizə dəymiş maddi və mənəvi ziyanı ödəməyə hazırdılar”.
Şikayətçinin dediyinə görə onu və atasını döyənlərin MTN-in “Qartal” xüsusi təyinatlı dəstəsinin əməkdaşları olduqlarını dəqiqləşdirə bilib. E.İsmayılov bu şəxslərin adlarını və soyadlarını bilir, ancaq açıqlamaqdan ehtiyat edir. Çünki həmin xüsusi təyinatlıların Eldar Mahmudovdan sonra işdən çıxarıldıqlarına əmin deyil.

 

Elmidar İsmayılov deyir ki, qəzadan sonra  ona və atasına qarşı cinayət işi açıblar. Onları MTN xüsusi təyinatlılarını döyməkdə ittiham edirdilər…
E.İsmayılov və atası üzləşdikləri haqsızlıq barədə müxtəlif instansiyalara şikayət edəndə isə onlara qarşı  təzyiqlər başlanılıb.
“Maşınları bir az əzildiyinə görə həmin MTN əməkdaşları bizə qarşı amansız təzyiqlərə başladılar.  Bizə isə şər atdılar ki, guya 5 xüsusi təyinatlını 57 yaşlı atamla mən döymüşük. Söyülən də, döyülən də, şərlənən də bizik. Məni və ailəmi çıxılmaz vəziyyətdə qoyublar, həyatımızı məhv ediblər. Xəstə qardaşım, himayəmizdə olan həyat yoldaşı rəhmətə getmiş bacımı, onun azyaşlı körpəsini çörəksiz qoydular”-E.İsmaylov nəql edir.
Şikayətçi deyir ki, həmin hadisədən sonra dəfələrlə keçmiş MTN naziri Eldar Mahmudovun qəbuluna düşmək üçün ona məktubla, teleqramla müraciət ünvanlayıb. Ərizələrinə cavab verimədiyini görüncə isə özü MTN-ə getsə də onu əraziyə yaxın buraxmayıblar. Keçmiş MTN nazirinin onu yaxın günlərdə qəbul edəcəyini deyiblər və ərazidən uzaqlaşdırıblar. E. İsmayılov deyilən vaxtda anası ilə birgə MTN-ə gəlib. Lakin elə oradaca sözügedən nazirliyinin içində asayişi pozmaqda günahlandıraraq 3
İsmayılovlar baş verənlərlə bağlı lazımi instansiyalara çoxsaylı müraciətlər ünvanlayıblar. Dəfələrlə bir çox yüksək vəzifəli şəxslərin qəbulunda olublar. O cümlədən xaricdəki Azərbaycan səfriliklərinə məktub ünvanlayıblar, haqsızlıqla üzləşdiklərini, barələrindəki cinayət işinin saxta olduğunu açıqlayıblar.
Nəhayət ki, çoxsaylı müraciətlər qismən də olsa bəhrəsini verib. Avtoqəza ilə bağlı cinayət işi Yasamal rayon Məhkəməsində araşdırılıb. Cinayət Məcəlləsinin 263-cü maddəsilə ilə təqsirli bilinən Məhərrəm İsmayılova bəraət verilib. Həmçinin, Cinayət Məcəlləsinin 127. 2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə Yasamal rayon Məhkəmsəinin qərarı ilə Elmidar İsmayılova da bəraət verilib.
Hazırda şikayətçi onlara dəymiş maddi və mənəvi zərərə görə 30 min manat təzminat tələb edir.
Yuxarıda qeyd olununanlarla bağlı E.İsmayılov daxili işlər nazirinə, Ombudsmana, Dövlət Təhlükəsizlik Xidmətinin rəisinə və ölkə başçısına müraciət edib: “Cənab prezident, biz inanırıq ki, vəzifəsindən, pulundan və geniş çevrəsindən sui-istifadə etməklə bizim hüquqlarımızı tapdalayan, barəmizdə açılan saxta cinayət işi başladan şəxslərlə bağlı qanuni tədbirlər görüləcək. Qanunun və ədalətin bərpa olunmasına ümid edirəm”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button