Gündəm

Makkeyn Rusiyanı Suriya ilə əməkdaşlıqda günahlandırıb

ABŞ senatoru Con Makkeyn Rusiyanı uşaqlar da olmaqla, 80-dən çox insanın ölümünə səbəb olan kimyəvi silahlardan istifadə edən Suriya ilə əməkdaşlıqda günahlandırıb.

Respublikaçı senator Belqradda təşkil edilən mətbuat konfransında deyib ki, Rusiya eyni bazadan istifadə edildiyi üçün kimyəvi silahlar haqda məlumata malik olub.

Con Makkeyn “Ümid edirəm ki, Rusiyanın əməkdaşlığı ilə Suriyanın əl atdığı bu ölçü bir daha təkrarlanmayacaq” -deyə, Con Makkeyn bildirib.

Senator deyib ki, ABŞ prezident Bəşar Əl-Əsədin gələcəkdə belə hücumlara yol verməməsi üçün Suriyanın hava qüvvələrini dayandırmalıdır.

Con Makkeyn bildirib ki, Amerika Birləşmiş Ştatları Rusiyaya bu kimi müharibə cinayətlərinin qəbuledilməz olduğunu deməlidir.

24saat.org

Mənbə – azadliq.info

Etiketlər
Daha çox

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Close
Close