2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
DünyaSiyasət

Makkeyn: «Ya dəhşətli dərəcədə məlumatsızdı, ya da qeyri-obyektiv»

Respublikaçı senator Con Makkeyn ABŞ prezidenti Donald Trampı sərt tənqid edib.

Makkeyni narazı salan Trampın «Fox News» aparıcısının «Putin qatildir» fikrinə cavabı olub.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, telekanala müshibəsində Rusiya prezidenti Vladimir Putinə hörmət etdiyini deyən Tramp aparıcının gözlənilməz reaksiyası ilə üzləşib.

Amerikalı telejurnalist Trampa Putinin qatil olduğunu deyib. Tramp isə bildirib ki, Amerikanın tarixində də çoxlu qatillər olub.

«Siz düşünürsüz ki, bizim ölkə çox məsumdur?», – deyə Tramp əlavə edib.

Makkeyn hesab edir ki, ABŞ-la Putin Rusiyası arasında bərabərlik işarəsi qoymaq olmaz.

“Bu başkəsənlə, KQB polkovniki ilə ABŞ arasında heç bir oxşarlıq yoxdur. Belə müqayisə aparmaq üçün ya dəhşətli dərəcədə məlumatsız olmalısan, ya da hədsiz dərəcədə qeyri-obyektiv».

azadlıq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button