2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Makron azərbaycanlı pianoçuya orden verib

Yayımlandı: 14 İyul 2022 17:56

Pianoçu ordenə musiqi sahəsində 46 illik xidmətinə görə layiq görülüb

Fransa Prezidenti Emmanuel Makron Fransa Ali Musiqi Akademiyasının direktoru, pianoçu, Azərbaycanın Əməkdar artisti, BMT-nin sülhməramlı səfiri Adilə Əliyevanı “Fəxri Legion” ordeni ilə təltif edib.

Saytların yığılması Saytlarin yigilmasi

Pianoçu ordenə musiqi sahəsində 46 illik xidmətinə görə layiq görülüb.

Adilə Əliyeva Bakıda doğulub.

25 ilə yaxındır ki, Fransanın Annamesse şəhərində yaşayır.

2001-ci ildən Fransa Beynəlxalq Musiqi Akademiyasının direktorudur.

Onun rəhbərliyi ilə 1996-cı ildən etibarən Adilə Əliyeva adına Pianoçuların Beynəlxalq Müsabiqəsi keçirilir.

Fransa və İsveçrədə iki ildən bir təşkil edilən müsabiqə dünyanın müxtəlif ölkələrindən, o cümlədən Azərbaycandan olan istedadları üzə çıxarır. Həmçinin təhsillərinin xaricdə davam etdirilməsi üçün şərait yaradır.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button