2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Makron Lö Peni məğlub edir

Fransanın Avropa məsələləri üzrə naziri Klemen Bon deyib ki, ifrat-sağçı siyasətçinin səslərin 42 faizini yığması “bizim işləməli olacağımızı göstərir”

Saytların yığılması Saytlarin yigilmasi

Fransa Prezidenti Emmanuel Makron seçkinin ikinci raundunda ifrat sağçı rəqibi Marin Lö Peni məğlub edib və ikinci müddətə prezident seçilib.

İlkin nəticələrdən bəlli olandan sonra Lö Pen məğlubiyyətini etiraf edib.

“Le Figaro” qəzetinin yazdığına görə, 44 yaşlı Makron 58.8, Lö Pen isə 41.2 faiz səsə yığıb.

“Vahid Avropa”

Makronun qələbəsini Avropa İttifaqı (Aİ) müttəfiqləri alqışlayıb. Son illər ölkədə millətçi liderlər populyarlaşması, Britaniyanın Aİ-dən ayrılması bloku sarsıdıb.

Almaniyanın Maliyyə naziri Kristian Lindner ilkin nəticələri alqışlayıb, ən böyük qalibin “vahid Avropa” olduğunu deyib.

Fransanın Avropa məsələləri üzrə naziri Klemen Bon isə deyib ki, ifrat-sağçı siyasətçinin səslərin 42 faizini yığması “bizim işləməli olacağımızı göstərir”.

Aİ-nin tənqidçisi Lö Pen ifrat-sağçı partiyasının indiyədək yığdığı ən yüksək səs faizini “sensasiyalı” adlandırıb, gündəmini irəli aparmaqda davam edəcəyini deyib.

Son 20 ildə…

Makron 2017-ci ildə Lö Peni 66-33 səs fərqiylə məğlub etmişdi. Nəticələr təsdiqlənərsə, Makron 2002-ci ildə Jak Şirakdan sonra ikinci müddətə seçilən ilk prezident olacaq.

Ancaq əhali bölünmüş vəziyyətdədir, üstəlik, Makron iyun seçkisində parlamentdə çoxluğunu saxlamaq üçün mübarizə aparmalı olacaq.

Makron seçki kampaniyasında Lö Peni Rusiya Prezidenti Vladimir Putinə əvvəllər rəğbət bəslədiyinə görə tənqid edir, buna görə ona dünya səhnəsində inamın mümkün olmadığını deyib.

Onun fikrincə, Lö Pen Fransanı Avropa İttifaqından çıxarmağı planlaşdırır. Lö Pen isə bunu təkzib edib, Makronun iqtisadi idarəçiliyini tənqid atəşinə tutub. Rusiyanın Ukraynaya hücumu ölkədə qiymətləri daha da bahalandırıb.

Fevralın 24-də Ukraynaya hücum edən Rusiya Qərbin ağır sanksiyaları ilə üzləşib. Bu fonda dünyada neft, qaz və metalın qiyməti qalxıb.

24 saat” “
Makron Lö Peni məğlub edir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button