2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Makron sülh prosesini pozur

Oktyabrın 6-da Praqada keçirilən “Avropa Siyasi Birliyi” sammiti çərçivəsində təşkil olunmuş dördtərəfli görüş (Azərbaycan, Ermənistan, Fransa və Avropa İttifaqı liderləri) zamanı prezident Emmanuel Makronun Azərbaycan lideri İlham Əliyevə sayğısız davranışı diqqətdən qaçmamışdı. Müzakirələrdən əvvəl nümayişkaranə şəkildə Nikol Paşinyanı bir neçə dəfə qucaqlayan Makron, Əliyevə əl uzatmadı. Baxmayaraq ki, sammit onun təşəbbüsü ilə çağırılmışdı, Azərbaycan rəhbərini də Praqaya o dəvət etmişdi. Çox keçmədi ki, bu aşırı nəzakətsizliyin təsadüf olmadığı ortaya çıxdı. 

Makron “Frans-2” televiziyasına müsahibəsində Azərbaycanın ünvanına sərt, qərəzli, əsası olmayan ifadələr işlətdi və beləliklə, sülh arayışlarında ədalətli vasitəçi olmaq roluna kölgə saldı. Prezident İlham Əliyev isə ona cavabında Fransa hökumətinin artıq Azərbaycan-Ermənistan danışıqlarında iştirak etmək haqqını itirdiyini bəyan etdi.  

Paris-Bakı münasibətləri heç vaxt hamar olmayıb, müxtəlif zamanlarda həm siyasi, həm iqtisadi əlaqələrin azaldığı və ya sıxlaşdığı müşahidə olunsa da 44 günlük müharibədən sonra tendensiya mənfiyə doğru dəyişib. Əlbəttə, buna səbəb Fransanın Minsk Qrupu həmsədri olmasına baxmayaraq, Ermənistanın işğalçı siyasətini açıq şəkildə dəstəkləməsi, Azərbaycanı dayandırmaq üçün müxtəlif təzyiq üsullarına əl atmasıdır. Xatırladaq ki, həmin günlərdə Fransa Senatının aşağı Palatası “Papadan artıq katoliklik” edərək, “Dağlıq Qarabağın müstəqilliyini” tanımışdı.

Saytların yığılması Saytlarin yigilmasi

Münasibətlərdəki soyuqluq ticarət dövriyyəsinə də ciddi təsir edib. Belə ki, 2021-ci ildə Azərbaycanın 35 milyard 556,4 milyon ABŞ dolları olan xarici ticarət dövriyyəsində Fransa birinci onluqdan çox uzaqda qalıb. Dünya ölkələrindən Azərbaycana ixrac olunmuş məhsulların cəmi 1.6 faizi bu ölkənin payına düşür. 

2021-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın Fransa ilə apardığı ticarət mübadiləsinin həcmi 387,55 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz azalıb. 

Fransa-Azərbaycan münasibətlərində əsən “soyuq küləklər” bu ölkənin enerji simvoluna çevrilmiş TOTAL şirkətinin Azərbaycandakı fəaliyyətinə də ciddi təsir edib. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, 2009-cu ilin fevralında SOCAR-la “Abşeron” yatağı üzrə hasilatın pay bölgüsü sazişi imzalayan TOTAL şirkəti indiyə qədər qaz çıxarmayıb, bu addımlarla heç gələn il də çıxara bilməyəcək. “Halbuki nə terminal tikir, nə qaz ixracı infrastrukturu yaradır, nə qazın marketinqi layihəsi üzərində çalışır. Özü də cəmi bircə istismar quyusu qazmaq öhdəliyi götürüb” , – İ.Şaban vurğulayıb. 

Mərkəz rəhbəri hesab edir ki, TOTAL-a Makron komandasından layihəni bacardığı qədər yubatmaq tapşırığı gəlib: “Hökumət bu şirkətə qarşı Azərbaycana vurduğu zərərə görə iddia qaldırmalıdır, özü də təcili!”

Sentyabrın 19-da Azərbaycanın Fransadakı səfirliyinə ermənilər tərəfindən təşkil edilən hücumu da bu kontekstdə xatırlamaq yerinə düşər. Səfirlik bəyan edib ki, hücumdan əvvəl təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı yerli hüquq-mühafizə orqanlarına müraciətləri cavabsız qalmışdı. Prezident İlham Əliyev deyir ki, Makronun bu hücumun araşdırılacağı barədə ona verdiyi vəd özünü doğrultmayıb. 

Hazırda əsas sual budur ki, ABŞ və Avropa İttifaqının intensiv dialoq apararaq Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalamağa çalışdığı dövrdə Fransa prezidentinin bu qərəzli yanaşması prosesə necə təsir edəcək. Artıq rəsmi Bakı ən yüksək səviyyədə bəyan edib ki, Fransanın danışıqlarda iştirakını istəmir. Bu sualın cavabını Avropa İttifaqı rəhbərliyi müəyyən etməlidir. Əgər Bakını qane edən reaksiya olmazsa, o zaman Azərbaycan Ermənistan sərhədinə göndəriləcək mülki missiya ilə əməkdaşlıqdan imtina edə, Brüssel prosesində iştirakını dondurduğunu bəyan edə bilər. Bu addımların arxasınca prezident İlham Əliyevin bəyan etdiyi “10 noyabr razılaşmasının 2 bəndi – erməni silahlı bölmələrinin Qarabağdan çıxarılması, Naxçıvana maneəsiz hərəkətin açılması” icra olunmasa, Azərbaycan güc tətbiqi ilə problemin həllinə çalışacaq. Bu isə Qərb üçün regionda daha mürəkkəb vəziyyət yarada bilər. Çünki ilk növbədə, Rusiyanın hansı mövqeni tutacağı məlum deyil, çox güman, Moskvanın seçimi Paşinyan hökuməti üçün yenə yaxşı perspektiv vəd etmir. 

Həmçinin sülh prosesinin pozulmasının səbəbkarı Qərbin “parlaq” təmsilçisi Fransa rəhbərliyidir. Hələ imkanlar tam itirilməyib, Brüssel Azərbaycana qarşı Fransa Senatında hazırlanan qətnamənin gündəlikdən çıxarılması ilə bağlı Parisə açıq təzyiqlərə başlamaqla sülh prosesi ilə bağlı mövqeyini qoruya bilər. Bu, nizamlanma prosesinin ən aktiv iştirakçısı olan ABŞ rəhbərliyi üçün də böhrandan optimal çıxış yolu ola bilər. Necə deyərlər, Qərb oturub Fransa rəhbərliyini “başa salmalıdır…”

Turqut  

24 saat” “Makron sülh prosesini pozur” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button