Loading...
Loading...
ÖLKƏGündəm

Makrona görə, Avropa İttifaqı yalnız ABŞ təhlükəsizlik çətirinə güvənməməlidir

Yanvarın 1-dən Avropa İttifaqına (Aİ) sədrlik altı ay müddətinə Fransaya keçir.

Fransa prezidenti Makron uzun müddətdir ki, blokun 27 üzv dövlətini birləşdirən əlaqələri möhkəmləndirməklə yanaşı, Aİ-ni daha güclü bir dünya gücünə çevirməyə çalışdığını bildirir.

“Deyərdim ki, biz öz sərhədlərimiz daxilində əməkdaşlıq Avropasından dünyada güclü, tam suveren, seçimlərində azad və öz taleyinin sahibi olan Avropaya keçməliyik”, – dekabrın əvvəlində etdiyi çıxışında Makron belə deyib.

Fransanın sədrliyi üçün planları, Fransanın təklifləri arasında blokun “strateji suverenliyini” artırmaq, blokun maraqlarına uyğun gələndə ona Birləşmiş Ştatlardan daha böyük müstəqilliklə hərəkət etmək imkanı vermək də var.

Makron həmçinin Aİ-nin birgə müdafiə qabiliyyəti ilə bağlı irəliləyişə nail olmaq istəyir ki, Aİ yalnız ABŞ təhlükəsizlik çətirinə güvənməsin.

ABŞ və Aİ rəsmiləri deyirlər ki, “strateji suverenlik” və Avropa müdafiə layihələri NATO-nu əvəz etməyəcək, tandemdə işləyəcək.

Fransa, həmçinin blokun xarici sərhədlərində böhranlara cavab vermək üçün fövqəladə reaksiya qüvvələrinin yaradılması da daxil olmaqla, miqrasiya ilə bağlı üzv dövlətlər arasında koordinasiyanı artırmaq üçün sədrlikdən istifadə etmək istəyir.

Digər prioritetlərə blok miqyasında minimum əmək haqqı, rəqəmsal nəhənglər üçün daha çox tənzimləmə, ətraf mühitin qorunması və üzv dövlətlərin koronavirus pandemiyasından sonra iqtisadiyyatlarını xilas etməyə çalışdıqları bir vaxtda Aİ-nin sərt büdcə kəsiri qaydalarına dəyişikliklər daxildir.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Gözdən qaçırmayın:  Rus zabitləri və Kadırovçular yanlışlıqla bir-birlərini qırıblar - TƏFƏRRÜAT

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button