2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Makronun blefi

Nicat İsmayılov

Noyabr ayının 15-də Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib. Sənəddə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklif edilir. Senatın yekdilliklə qəbul etdiyi qərar, təbii ki, Azərbaycanda xoş qarşılanmayıb. Rəsmi Bakı həm Xarici Nazirliyi, həm də Milli Məclis səviyyəsində Fransaya adekvat reaksiya verib. 

Azərbaycana qarşı təklif edilən sanksiyalar hələlik qüvvəyə minməyib. Bunun üçün Senatın qəbul etdiyi qətnaməni əvvəl Aşağı Palata, sonra isə Makron administrasiyası qəbul etməlidir. Nümayəndələr Palatası və Makronun Senatın sözündən çıxma, qətnaməni veto etmə ehtimalı isə çox aşağıdır.

Belə olan təqdirdə, bu sanksiyalar Azərbaycan üçün nə qədər təhlükəli ola bilər?

Saytların yığılması Saytlarin yigilmasi

Qətnamənin mətninə diqqət yetirsək, görərik ki, burada əsasən Azərbaycandan neft və qaz ixracatının məhdudlaşdırılması ilə bağlı mülahizələr yer alıb. Rəsmi statistik rəqəmlərə görə, Azərbaycanla Fransa arasında ötən il ümumi ticarət dövriyyəsi 245 milyon dollar civarında olub. Azərbaycan Fransaya 64.5 milyon dollarlıq məhsul ixrac edib, 180.8 milyon dollar dəyərində məhsulu isə idxal edib. Eyni ildə Azərbaycanın ixrac etdiyi məhsulların 95%-ni xam neft və neft məhsulları təşkil edib. Qısası, rəqəmlərdən belə anlaşılır ki, qüvvəyə minməsi halında sanksiyaların Azərbaycana vuracağı iqtisadi zərər vur-tut 50-60 milyon dollar civarında olacaq.

Lakin Azərbaycan üçün sözügedən qətnamənin siyasi çəkisi iqtisadi çəkisindən qat-qat ağırdır. Fransa Avropa İttifaqının siyasi lideri hesab olunur. Onun yürütdüyü siyasi xətt daim çevrəsindəki dövlətlər tərəfindən izlənilir. Məsələn, Fransa Senatının anti-Azərbaycan mövqeyini İspaniya parlamenti təkrarlayır. 

Bu hadisə noyabr ayının 4-də, Fransa Senatında Azərbaycan əleyhinə qətnamənin müzakirəyə çıxarılması təklif edildikdən tam bir ay sonra baş verdi. Həmin gün İspaniya parlamentinin aşağı palatası 2021-ci ilin dekabrında Madriddə imzalanmış, Azərbaycanla məxfi məlumatların mübadiləsini və bu məlumatların mühafizəsini nəzərdə tutan sazişi ratifikasiya etmədi. 

Parlamentin 174 deputatı sənədin əleyhinə, 132-si isə lehinə səs verdi, sonda 42 səs fərqi ilə sənəd təsdiq olunmadı. Bu da azmış kimi, İspaniyalı deputatlar Azərbaycanla imzalanmış sazişin əleyhinə səs verməklə, Ermənistanla həmrəylik nümayiş etdirdiklərini bildirdilər. İspaniyada erməni diasporunun aktiv fəaliyyət göstərmədiyini və bu ölkənin Fransanın yaxın müttəfiqi olduğunu nəzərə alsaq, Madriddəki qalmaqalın sifarişinin haradan gəldiyini təxmin edə bilərik.

Ən əsası isə gələcəkdə bənzər bəyanatların Fransanın nüfuz dairəsində olan Belçika, Lüksemburq, Norveç, İslandiya və digər Avropa ölkələrində qəbul edilmə riski böyükdür. Təsadüfi deyil ki, Senatın qəbul etdiyi qətnamədə sadəcə Fransa hökumətinə deyil, digər Avropa ölkələrinə də Azərbaycana embarqo tətbiq etmək tövsiyə olunur. 

Fransanın məqsədi isə əslində bu sanksiyaların tətbiq edilməsi yox, qətnamədə irəli sürülən tələblərdən azı ikisinin yerinə yetirilməsidir. Bunlar Fransa hərbi kontingentinin Azərbaycan-Ermənistan sərhədinə və Qarabağa yerləşdirilməsinə Bakının icazə verməsidir. Görünür, Rusiyanın zəifləyərək öz qabığına çəkildiyi, İranın gücdən düşsə belə hərbi varlığını artırdığı bu günlərdə Fransa Qafqazdakı mövqelərini daha da gücləndirmək, hətta burada Rusiyanın yerini tutmaq üçün çalışır. Bu qlobal məqsədə nail olmaq naminə Makron Azərbaycana “sanksiya blefi” gəlir.

Lakin İlham Əliyev Rusiya ilə gərginləşən münasibətlər fonunda Avropanın (Xüsusilə Cənubi Avropanın) Azərbaycanın neft və qaz resurslarına ehtiyacının getdikcə artmasının fərqindədir. Bundan savayı, Qazaxıstanın gələn ildən BTC üzərindən neft ixracını 1.5 milyon tona çatdıracağını açıqlaması Azərbaycanın Avropa üçün strateji əhəmiyyətini daha da artırır. 

Bu baxımdan, Fransanın siyasi təhdidləri nə qədər təhlükəli olsa da mövcud geoiqtisadi vəziyyət hələlik Azərbaycanın xeyrinədir. Və rəsmi Bakı hazırkı situasiyada Avropadan Belarus kimi təcrid edilməyəcəyinin fərqindədir. Qısası, Makronun blef etdiyi göz qabağındadır və rəsmi Bakı da bunu təmkinlə seyr edir…

24 saat” “Makronun blefi” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button