2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Makronun ofisi “Sputnik” və RT-yə akkreditasiya vermədi

Fransada prezidentliyə namizəd Emmanuel Makronun partiya mərkəzi “Sputnik” və “Russia Today” (RT) akkreditasiya vermədi. Akkreditasiya üçün dəfələrlə müraciət edən “Sputnik” və “Russia Today”dən başqa, “Ruptly” agentliyi da akkreditasiya oluna bilməyib. Bu məqsədlə Makronun partiyasının ofisinə gələn RT müxbirləri təhlükəsizlik əməkdaşları tərəfindən geri qaytarılıb. “Sputnik”in Fransa üzrə rəhbəri Nataliya Novikova Makronun partiya mərkəzinə bir neçə dəfə akkreditasiya üçün müraciət etdiklərini, ancaq mətbuat ofisindən hər hansı bir cavab almadıqlarını bildirib. “Binaya gələn “Sputnik” müxbirinə adının siyahıda olmadığı deyildi, ancaq digər jurnalistlər üzərlərində media kartları olmadan belə içəriyə buraxıldı” deyib. “RT International” və RT Fransa müxbirləri iki həftədir Fransa prezident seçkilərini Parisin mərkəzindəki studiyadan təqib edir. RT-nin partiya mərkəzindən məlumat ala bilmədiyi tək namizəd isə Emmanuel Makrondur. Fransadakı seçkilərin əvvəlində Makronun qrupundan RT və “Sputnik”ə namizəd haqqında səhv məlumat yayınladıqlarına dair ittihamlar səslənmişdi. Eyni zamanda, Makronun partiya mərkəzindən kampaniyanın aparıldığı sayta Rusiyadan kiber hücumlar təşkil edildiyi də iddia edilmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

azadliq.info 

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button