Loading...
Loading...
Dünya

Makronun partiyası parlamentdə mütləq çoxluğu itirir

Marin Lö Penin ifrat sağçı Milli Yürüş partiyası proqnozlaşdırılandan daha yaxşı nəticə ortaya qoyub

Fransa Prezidenti Emmanuel Makronun mərkəzçi “La Republique En Marche” partiyası ölkə parlamentində mütləq çoxluğu itirib. Bunu iyunun 19-da səslərin ilkin nəticələri göstərib.

Apreldə yenidən prezident seçilən Makron parlamentdə də üstünlüyü saxlayacağına ümid edirdi. Amma ilkin nəticələrə görə, Makron 577 yerlik Milli Assambleyada 210-250 arası mandat qazanıb.

Digər partiyalar

Partiya yerlərin ən böyük blokunu əldə etsə də, bu mütləq çoxluqdan azdır. İlkin nəticələrə görə, ikinci yaxşı nəticəni Jan-Lyuk Melanşonun sol qanad “Nupes” bloku göstərib.

Marin Lö Penin ifrat sağçı Milli Yürüş partiyası proqnozlaşdırılandan daha yaxşı nəticə ortaya qoyub. Partiyanın parlamentdəki mandat sayı 10 dəfə artaraq 100-ə çata bilər. Bu, indiyədək əldə olunan ən yüksək göstəricidir.

Respublikaçılar partiyası və müttəfiqlərinin də 100-dək mandat qazanacağı gözlənir ki, bu da onları həlledici mövqeyə keçirir. Bu partiyanın platforması digər qruplarla müqayisədə Makronunkuna daha uyğundur.

Makron öz gündəmini irəli aparmaq üçün parlamentdə alyans yaratmalı olacaq.

“Demokratik şok”

Fransanın Maliyyə naziri Bruno Le Mer nəticəni “demokratik şok” adlandırıb. O, “France 2” televiziyasına deyib ki, digər düşərgələr əməkdaşlıqdan imtina etsələr, “bu bizim islahat aparmağımızı və fransalıları qorumağımızın qarşısını alacaq”.

Le Mer etiraf edib ki, fransalı seçicilərin çoxu alıcılıq qabiliyyəti kontekstində “nəticələr elə də sürətli əldə olunmur”, rəy sorğuları məhz bunun seçicilərin bir nömrəli narahatlıq mənbəyi olduğunu göstərib.

Fransada yanacaq və enerjinin qiymətlərin məhdudiyyət qoyulmasına baxmayaraq, Ukraynadakı müharibə inflyasiyanı gücləndirib.

24 saat” “
Makronun partiyası parlamentdə mütləq çoxluğu itirir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button