2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Maksim Şevçenko: “Qarabağ münaqişəsində tarixi həqiqət Bakının tərəfindədir”

“Dağlıq Qarabağ münaqişəsində tarixi həqiqət Bakının tərəfindədir və Rusiya hazırkı vəziyyətdə özünü daha fəal aparmalı və Bakını dəstəkləməlidir”
“Report” xəbər verir ki, bunu noyabrın 22-də Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş Dəyirmi masada Rusiyanın İzbor klubunun üzvü Maksim Şevçenko deyib.
Ekspertin rəyinə görə, dialoq üç ölkə – İran, Türkiyə və Rusiya arasında aparılmalıdır. Şevçenko həmçinin bildirib ki, öz torpaqlarından didərgin düşən insanları da unutmaq olmaz.
“Onların və ya varislərinin geri qayıtması məsələsini sərt şəkildə qoymaq lazımdır. Bunsuz heç bir həlldən söhbət belə gedə bilməz”, – deyə o əlavə edib.
M.Şevçenkonun sözlərinə görə, ABŞ və Avropa İttifaqı bu məsələni həll edə bilmir və bunu istəmir. Bunu yalnız Tehran-Moskva-Ankara dialoqu çərçivəsində etmək olar.
Şevçenko bildirib ki, hazırda Dağlıq Qarabağla bağlı vəziyyət Rusiyanın nəzarəti altındadır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button