Malayziya təyyarəsinin Rusiyadan göndərilən silahla vurulması sübut olundu
2014-cü ildə Donbasda Boeing-in vurulmasında Rusiyanın əlini olması ilə bağlı hesabat açıqlayan Beynəlxalq jurnalist-ekspert qrupu Bellingcat təyyarənin vurulduğu “Buk” qurğusunun Rusiyaya məxsus olduğunu sübut edib.
Ekspertlər ZRK-nin Rusiyanın 53-cü zenit-raket briqadasına məxsus olduğunu sübut edən yeni foto tapıb.
“Buk”un Rusiyaya məxsus olması ilə bağlı hesabat iyunun 5-də dərc edilib. Eskpertlər ZRK-nin Ukraynaya göndərilmədən əvvəl çəkilən şəklinə istinad edib. Şəkil 2013-cü ildə çəkilib, lakin 2015-ci ilin fevral ayında ilk dəfə sosil şəbəkələrdə yayılıb.
Şəkil rusiyalı mexanikin albomundan götürülüb. Boeing-in məhz bu “Buk-332” ilə vurulmasını isə onun üzərində olduğu maşının nömrəsi təsdiq edir.
Bundan əlavə, hesabat müəllifləri müəyyən ediblər ki, “Buk”un şəkli Kursk yaxınlığında 53 saylı zenit-raket briqadasının parkında çəkilib.
Bunu şəkildə əks olunan mexanik də təsdiq edib. O bildirib ki, 2013-cü, bəlkə də 2014-cü ildə Kurskda qurğunu təmir edib.
Bundan əvvəl də Bellingcat ekspertləri sübut etmişdi ki, “Buk”un Donbassa aparılmasına görə rusiyalı zabir Sergey Dubinski cavabdeh olub. Mütəxəssislər Ukrayna Təhlükəsizlik Xidmətinin tutduğu danışıqlara əsaslanıb.
Fizzə
24saat.org
Mənbə – azadliq.info