Now Reading:
Maldiv adalarında siyasi böhran dərinləşir

Maldiv adalarında fövqəladə vəziyyət elan olunaraq iki hakimin saxlanmasından sonra siyasi böhran daha da dərinləşib. Bu həftə mühacirətdə olan keçmiş prezident Hindistandan xahiş edib ki, ordunun köməyilə elçi göndərsin və Hind okeanındakı bu arxipelaqda siyasi məhbuslar azad olunsun.

400 min əhalisi olan Maldiv adaları əsasən dəbdəbəli tətil məkanı kimi tanınır.

MÜXALİFƏTÇİLƏRƏ İTTİHAMLAR LƏĞV EDİLİB

Prezident Abdulla Yameen fevralın 5-də fövqəladə vəziyyət elan edib. O, Ali Məhkəmənin doqquz aparıcı müxalifətçiyə ittihamları ləğv edən qərarına qarşı çıxıb. Məhkəmə həmin müxalifətçilərə terrorçuluq, korrupsiya ittihamlarının siyasi motivli olması qərarına gəlib.

Yameen 2013-cü ildə hakimiyyətə gəlib, o zaman müxalifət seçkinin saxtalaşdırıldığını iddia edirdi. Tənqidçilərin deməsinə görə, hökumət opponentlərini həbs edir, azad sözü məhdudlaşdırır, məhkəməyə təzyiq göstərir.

Yameen-in rəqibi Mohamed Nasheed 2009-cu ildə Maldivin ilk demokratik yolla seçilmiş prezidenti olub, 2012-ci ildə polis qiyamıyla devrilib. O, bir il sonra seçkidə uduzub və 2015-ci ildə 13 illik həbdə məhkum edilib. Tibbi müalicəyə görə həbsdən çıxıb xaricə getməsinə icazə verilən Nasheed 2016-cı ildə Britaniyada sığınacaq alıb.

Keçmiş prezident bu ilin sonuna planlaşdırılan prezident seçkisinə qatılmaq istəyir. Yameen 15 günlük fövqəladə vəziyyət elan edəndən sonra o, Hindistanı müdaxilə etməyə çağırıb.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.