2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Maliyyə Nazirliyi Cahangir Hacıyevin ittihamlarından yayınır

Müzəffər Baxışov: «Azərbaycanda müstəqil istintaq qrupu yoxdur ki, istintaqı tam, hərtərəfli aparsın və cinayət törədəni məsuliyyətə cəlb etsin»

Beynəlxalq Bankın keçmiş prezidenti, bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilən Cahangir Hacıyevin məhkəmədəki son sözündə Maliyyə Nazirliyinə, ələxsus nazir Samir Şərifova qarşı sərt ittihamlar yer alıb: «2015-ci il aprel ayında mən xaricdə olsam da, bir çağırışla Azərbaycana qayıtdım. Məhkəmədə dövlət ittihamçısı belə bir söz işlətdi ki, mən həmin vaxt şahid qismində çağırılmışdım və dindirilmişdim. Cinayət işi aprel ayında açılmışdı, amma şübhəsiz ki, bundan öncə hazırlıq işləri gedir. Bunu hər kəs bilir ki, cinayət işi apreldə açılsa da, Beynəlxalq Bankın keçmiş rəhbərliyi, həmçinin əlaqəsi oldu-olmadı, digər şəxslər barəsində hər zaman qaralama əməliyyatları olub. Bunun baiskarı isə hər kəsə bəlli olan Maliyyə Nazirliyidir. Yəni demək istəyirəm ki, mən gəlməyə bilərdim. Amma bir zəng və mən istənilən köməyi geri qaytara bilmədim, bank sistemində olan böhranın həlli üçün ölkəyə qayıtdım. Qayıtdıqdan sonra tamam başqa ab-hava gördüm. İşdən zərrə qədər anlayışı olmayan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bankın Problemli Kreditlər Departamenti kimi fəaliyyət göstərir və 500-600 manat borcu olan şəxsləri belə, incitməkdə davam edirlər. İstintaqın çox bəh-bəhlə iddia etdiyi 400 milyon krediti onlar qaytarmayıblar. Bilavasitə mənim köməyimlə o kreditlər qaytarılıb və əksər hissəsi də səhmlərin təhvil verilməsi hesabına əldə edilən rəqəmlərdir. Sonradan bəlli oldu ki, Maliyyə Nazirliyi 184 milyonluq səhmləri alıb, vədinə əməl etməyib, və səhmlərin realizə edilməsi nəticəsində əldə olunan vəsaiti ehtimal olunan gecikmiş kreditlərə yönəltməyiblər».

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button