2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Maliyyə nazirliyindən 472 milyonluq yalan

Nemət Əliyev

Əski Sovetlər dövründə plan tapşırıqlarının yerinə yetirilməsi haqqında o qədər 100 faizlik hesabatlar verdilər ki, bir zaman ayılıb gördülər ölkə çöküb. Ayılanda isə çox gec idi… İndi bizim Maliyyə Nazirliyinin verdiyi hesabatlar da o hesabatların gününə düşüb.
Maliyyə Nazirliyi yenə operativ məlumat yayaraq bildirib ki, cari ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri üzrə plan tapşırıqları – hökumət proqnozu artıqlamasıyla (103,4%) yerinə yetirilib. Bir cəsarətli səlahiyyətli də qabağa durub soruşmur ki, ay Maliyyə Nazirliyi, axı siz nəyi proqnozlaşdırıbsınız, irəli getməyimi, geri düşməyimi? İrəli getməyi proqnozlaşdırıbsınızsa və bu proqnozlar da artıqlamasıyla yerinə yetirilirsə, bəs bu ölkə niyə geriyə düşür? Axı oxşar bəyanatları ötən il də eşitmişik. Elə isə əhalinin yaşayışı niyə bu kökdədir?
Məsələ bundadır ki, 2017-ci ilin dövlət büdcəsinin gəlirləri 16 milyard 255 milyon manat məbləğində təsdiq edilib. Hər rübə orta hesabla 4 milyard 64 milyon manat (16255 : 4 ≈ 4064) gəlir düşür. Maliyyə Nazirliyinin yaydığı məlumata görə birinci rübdə dövlət büdcəsinə 3 milyard 592 milyon manat gəlir daxil olub. Bu vəsait orta rüblük göstəricidən 472 milyon manat azdır. Bu tendensiya davam edərsə, ilin sonunadək dövlət büdcə gəlirləri üzrə 2 milyard manata yaxın azalma gözlənilir.
Beləliklə, plan tapşırıqlarının 100% yerinə yetirilməsi haqqında bu sayaq “operativ məlumatları” dinləyə-dinləyə iqtisadiyyatın bu il də geriləməsini müşahidə etməli olacağıq.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button