2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Malta ilə Azərbaycan hakimiyyətinin korrupsiya əlaqələri təsdiqləndi

Malta Independent qəzetinə bir neçə aya qədər Pilatus Bankla yaxın əməkdaşlıq içərisində olan gizli mənbədən verilən məlumata görə, Maltanın Maliyyə Kəşfiyyatı Analizi Agentliyinin (FİAU) Malta və Azərbaycan siyasi xadimlərinə məxsus Pilatus Bankdakı şübhəli hesablara dair apardığı istintaq tənqidi hesabatla nəticələnib. Deyilənə görə, bu hesabat hökumət tərəfindən mətbuatdan gizli saxlanılır.

Saytların yığılması Saytlarin yigilmasi

İddialarını bank sənədləri ilə təsdiqləyən mənbə deyib ki, “Üçüncü tərəfin bank hesabından 1 milyon avro məbləğli pul yüksək riskli hesab kimi təsnifləşdirilən bir hesaba köçürülüb. Sənəddə pulun mənbəyi barədə heç nə göstərilməyib. Üstəlik, bu üçüncü tərəf qısa müddət ərzində siyasi xadimlərə məxsus müxtəlif bank hesablarına önəmli ölçüdə depozitlər yerləşdirib.” Bu siyasi xadimlərin kimliyi açıqlanmayıb.

“Başqa bir sövdələşmədə isə 505 min avro məbləğli pul üçüncü tərəfin bank hesabından həmin müştərinin hesabına yerləşdirilib.”

Mənbənin bildirdiyinə görə, “istintaq zamanı qeyd edilib ki, pulların mənbəyi barədə qeydiyyat aparılmayıb. Yoxlama internet axtarışı və SWIFT proqramı vasitəsilə üçüncü tərəf üzərində aparılıb.”

Bu məlumat baş nazir Cosef Muskatın söylədiklərini ifşa edir. O, “Egrant” ofşor şirkətinin onun xanımına məxsus olduğuna dair iddialardan özünü qorumaq üçün demişdi ki, bu cür əməliyyatlar SWIFT vasitəsilə izlənilə bilər. Ancaq FİAU-nun hesabatına əsasən məlumatlar bank tərəfindən qeydiyyata salınmayıb.

Bloqqer və jurnalist Qalizianın yazdığına görə, “Pilatus” bankının depozitlərinin 60 faizi fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Azərbaycanın prezidentinin qızı Leyla Əliyeva və oğlu Heydər Əliyevə məxsusdur.

Karuana Qalizia yüksək vəzifə tutan bir neçə Malta siyasi xadimini Azərbaycanın birinci ailəsi ilə əməkdaşlıq edərək çirkli pulların yuyulması əməliyyatında iştirak etməkdə günahlandırıb.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button