2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Malta mətbuatı Azərbaycanı korrupsiya dövləti adlandırdı

Image result for malta independent

“Malta Independent” qəzeti Maltanın hökumət üzvlərinin gizli Panama şirkətinə sahib olduğu və Azərbaycandan bu şirkətə pullar köçürüldüyünə dair iddialarla çıxış edib. Azadlıq qəzeti məqalənin xülasəsini təqdim edir.

Saytların yığılması Saytlarin yigilmasi

Müstəqil bloqqer və köşə yazarı Dafni Karuana Qalizia “Egrant” Panama şirkətinin son benefisiarının kim olduğuna dair əlindəkilərin yalnız şübhələrdən ibarət olmadığını açıqladıqdan sonra baş nazir Muskat açıqlama verdi ki, nə o, nə də onun hər hansı bir ailə üzvü gizli şirkətin sahibi deyil. O, hətta onu izləyərək sual verməyə çalışan jurnalisti “Egrant” Panama şirkətinin onun olduğunu səsləndirdiyi halda böhtana görə məhkəməyə verməklə hədələdi.

Bir il əvvəl Panama sənədləri üzə çıxanda hər kəs nazir Konrad Mizzinin kabinetdən kənarlaşdırılacağını gözləyirdi, amma baş nazir Cosef Muskat Mizzini müdafiə edərək onun qanunsuz heç nə etmədiyini dedi. Nazir Konrad Mizzi və adminstrasiya rəhbəri Kif Şembrinin 2013-cü il seçkilərini udduqdan bir gün sonra Panamada gizli şirkətlər açmağı Muskat tərəfindən normal bir şeymiş kimi qəbul edilməsi siyasi etinasızlıq idi. Bu vaxta qədər Panamada şirkət açmaq və hər il bir milyon dollar hesaba yatırtmaq Muskatın standartlarına görə nazir üçün qanuni və yaxşı bir iş idi.

Bəs dəyişən nə oldu ki, baş nazir onun adının Panama şirkətinin mümkün sahibi kimi hallandırılmasından bu qədər narahatçılıq duymağa başladı. O, niyə Əmək Partiyasının ümumi konfransına müraciət edirək özünün və ailəsinin Panamada gizli şirkətə sahib olduğuna dair fikirlərdən onları daşındırmaq məcburiyyətində hiss etdi? Son 8 ayda nə dəyişən nə idi?

Bloqqer Karuana Qalizia nöqtələri birləşdirib və iddia edir ki, Mizzi və Şembrinin sahibi olduğu gizli kompaniyalara Azərbaycandan pullar köçürülüb. Bu, hələ Qalizia tərəfindən sübut edilməlidir, Şembri məsələ üzrə böhtan maddəsi ilə məhkəmə işi başladıb. Bundan əvvəl baş nazir Muskat Azərbaycan korrupsiya dövlətinə səfər edərək emal edilmiş qaz təchizatı üçün müqavilə bağlayıb. Bu hecinq müqaviləsinə görə Malta 14 milyon avro itirib.

İlkin

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button